YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qurbağalar uçurmu?

Yox onlar uçmur, yalnız ağacdan-ağaca süzürlər. Budaqdan havaya tullanarkən barmaqlarını aralayaraq onların arasındakı pərdəni paraşüt kimi açırlar. Uçan qurbağalar Cənub-Şərqi Asiya meşələrində yaşayır və ömürlərinin çox hissəsini ağac başında keçirirlər. Onlar havada özlərini çox yaxşı hiss etdiklərindən torpağa düşməyə tələsmirlər. 


Qurbağa növləri


Təxminən 2500 qurbağa növü məlumdur. Antarktitadan başqa bütün qitələrdə yaşayırlar. Onlar adətən rütubətli iqlimi sevirlər, lakin quru iqlimə də uyğunlaşırlar. 


Quru qurbağası


Bu qurbağalar birləşmiş Ştatların cənubunda yaşayırlar. Onları nəhəng adlandırırlar, çünki uzunluğu bəzən 24 sm-ə çatır. Ziyanverici böcəkləri məhv etmək məqsədilə fermerlər onları başqa bölgələrə də aparmışlar. 


Ən balaca qurbağa


Gödəkbaş qurbağa nəinki bütün qurbağalardan, həm də bütün suda-quruda yaşayanlardan balacadır. Uzunluğu cəmi 15 mm-dir. Cənubi Amerikada yaşayan ağac qurbağası isə ondan bir az iridir. 


Ağaca dırmaşan qurbağa 


Ağac qurbağası bu işi ustalıqla görür. Onun uzun barmaqlarında yapışqanlı yastıqlar var. Qurbağa onlarla yarpaqlardan yapışaraq hamar səthi ilə cəld hərəkət edir. O, ağacda yaşayır və həşəratlarla qidalanır. Ancaq suda yumurta qoymaq üçün aşağı düşür. 


Belayaq qurbağa


Belə oxşayan pəncələri ilə özunə yuva qazır. Dal pəncələri ilə torpağı qazıb çıxararaq yerin altına girir. Belayaq qurbağa adətən gündüz öz dərin yuvasında dincəlir, gecə isə yem axtarışına çıxır. 


Qurbağalar niyə quruldayır?


Erkək qurbağa xarakterik boğaz səsləri çıxardaraq dişilərlə tanış olmaq istəyir. Çənəsinin altındakı dəri kisə şişərək səsi gücləndirir. 


Zəhərli qurbağalar


Belə qurbağalar da var. Qamışlıqda yaşayan quru qurbağası gözünün yanında yerləşən ödündən xoşuna gəlməyənlərə tərəf zəhər püskürür, qırmızıdəri ana qurbağa isə zəhəri dərisində gəzdirir. Cənubi Amerikada yaşayan ağacaçıxan qurbağa xüsusilə zəhərlidir. Onun dərisindən çıxan güclü zəhər damlası insanı öldürməyə kifayət edir. Yerli ovçular oxların ucunu qurbağanın dərisinə sürtərək zəhərləyirlər. Bu qurbağalar ağacda yaşayır və parlaq rəngləri var. Dərisindəki nişanələr yırtıcıları xəbərdar edir ki, zəhərlidir, ona toxunmaq olmaz. Lakin tropik meşələrdə elə ilanlar yaşayır ki, bu qurbağaları ləzzətlə yeyirlər və orqanizmlərinə heç bir ziyan gəlmir.