YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ev itləri

İtlər minilliklər boyu insanın yoldaşı olmuşlar. Onların nə vaxt və nə üçün əhliləşdirildiyini heç kim dəqiq söyləyə bilməz. Görünür, qədim insanlar itləri yedirtmişlər, onlar isə əvəzində insanları yaxınlaşan hər cür təhlükədən ( ayının və yaxud şirin hücumundan) qorumuşlar.


Ev itinin canavardan əmələ gəldiyi güman edilir, ancaq onun əcdadları çaqqallarda ola bilər.

 

Görünür it bir növ kimi, canavar və çaqqalın cütləşməsindən əmələ gəlib. Bir qayda olaraq ev itlərinin çəkilmiş sifəti, ağızlarında isə iti dişləri olur. Pişiklərdən fərqli olaraq, itlərin caynaqları dartılmır, ona görə də yeyilib kütləşirlər. Bir çox vəhşi itlərdən fərqli olaraq, ev itləri çörək və digər bitki mənşəli qidalar yeyə bilirlər.Minilliklər boyu insanla yanaşı yaşayışı zamanı əsaslı seçim yolu ilə, bir çox müxtəlif cinslər yetişdirilmişdir. Hansı məqsədlə yetişdirilməsindən asılı olaraq , hər bir cinsin fərqlilikləri vardır. Güman edilir ki, ən qədim cinslərdən olan bladxaund iti duymaya, qalın meşədə maral və digər vəhşi quşlar güdməyə qadir olan bir it hesab edilir.