YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Koala

Koala və yaxud kisəli ayı (lat. Phascolarctos cinereus) - koalalar fəsiləsinin yeganə növüdür. Müasir koala 15 mln il bundan qabaq əmələ gəlmişdir.


Təxminən yarım əsr ərzində koalalar ancaq  Yeni Cənubi Uelsin ətraflarında görünürdü.1855-ci ildə təbiətşünas Uilyam  Blandovski ona Viktoriya ştatında, 1923-cü ildə isə O.Tomas- Kvinslendin cənub- şərq hissəsində rast gəlmişlər. Koala Cənubi Avstraliyada da yaşayırdı, ancaq XX əsrin əvvəlində məhv edilmişdir.


Koala- möhkəm bədən quruluşuna malik kiçik heyvandır: bədəninin uzunluğu 60-82 sm, çəkisi 5 kq-dan  16 kq-a qədərdir. Quyruğu  çox qısadır,kənardan bilinmir.Başı enli və böyükdür. Qalın tüklü qulaqları iri və yumrudur. Gözləri kiçikdir.


Dişlərin yaxşı inkişaf etmiş çıxarıcı kisəsi arxadan açılır.İçəridə iki əmziyi var.Koalalar, adətən sakit olur və səslərini təhlükə və yaxud artma dövründə çıxarırlar.


Koalalar Avstraliyanın şərqində - Adelaidanın cənubundan Keyp-York yarımadasının şimalınadək yayılmışlar. Avstraliyanın cənubunda isə onlar hələ XX  əsrin 20-ci illərində  məhv edilmişdir, ancaq sonralar buraya Viktoriya ştatından yeni fərdlər gətirilib yerləşdirilmişdir. Koalalar evkalipt meşələrində yaşayır və həyatlarını demək olar ki, bu ağacların arasında keçirirlər.Gündüzlər koala ağac budaqlarında yerləşərək yatır (sutka da 12-22 saat), gecələr qida axtararaq, ağaca dırmaşır. Koalalar ancaq  evkaliptin cavan budaq və yarpaqları ilə qidalanırlar. Zəhərlənməmək üçün koalalar tərkibində az fenol birləşməsi olan  evkalipt  növlərindən istifadə edirlər. 800 növ evkaliptin 120 növündən istifadə edirlər. Bu heyvanlar üzməyi də bacarırlar.


Dişi koalalar tək həyat tərzi keçirir və seçdikləri əraziləri nadir hallarda tərk edirlər. Erkəklər isə ünsiyyətcil deyillər, görüş zamanı, əsasən artma dövründə, hücum edərək, bir -birini şikəst edirlər. Cütləşmələri ağacda baş verir. Hamiləlik 30-35 gün davam edir. Bir, nadir hallarda, iki balası doğulur. Balanın uzunluğu 15-18 mm, çəkisi 5.5 qrama qədər olur. 6 aya qədər bala kisədə qalaraq, ana südü ilə qidalanır, sonra isə  daha 6 ay ananın belində və ya qarnında onun xəzindən yapışaraq “ səyahət” edir. Koalalar 2 ildən bir artırlar. Dişilər həddi- buluğa 2-3, erkəklər isə 3-4 yaşında çatırlar. Koala, orta hesabla 12-13 il yaşayırlar, ancaq bəzi hallarda 20 il də yaşayanı olur.