YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Donuzlar

Donuzlar fəsiləsinə uzun, ucu qəpik formasında burunu olan heyvanlar aiddir. Bu cür burunla donuzlar torpağı  eşirlər. Onların əl- ayağı və başı qısa, bədəni isə ağır olur.


Donuzlar cəld və sürəkli qaçışa malik deyillər. Digər dırnaqlılardan fərqli olaraq, onlar hər şey yeyir və əsasən axşam vaxtı yemlənirlər.Bəzi növlər tüksüz, digərlərinin bədəni isə cod tüklüdür.


Bu fəsildən olan bütün heyvanlar ovluq heyvanlardır və ətlərinə görə ovlanırlar.

 

Ziyilli donuz- Afrika savannasında yaşayır.  Digər donuzlardan fərqli olaraq, gündüz həyat tərzi keçirir.

 

Qabanlar donuzların ən geniş yayılmış növüdür. Avropa, Asiyada yaşayır, Şimali və Mərkəzi Amerikada iqlimləşdirilib. Əl-ayaqlarının xüsusi quruluşuna görə asan, batmadan, bataqlıq və dayaz qarla hərəkət edirlər. Qida üçün qabanlar torpağı yumşaldır , bu zaman oraya düşən ağac toxumları sonradan meşənin təzələnməsinə şərait yaradır. 


 
Qabanlar (çöl donuzu)- çox artımlı olur, 12-yə qədər bala verirlər. İlk günlərdə yeni doğulmuş donuz balaları yuvada qalır, dişi isə hər 3-4 saatdan bir onları yemləməyə gəlir. Bir həftədən sonra onlar anaları ilə hərəkət etməyə başlayırlar. Təhlükə yarandıqda , donuz balaları (çoşqalar) qaçıb  çır-çırpı arasında gizlənir, ya da kolluqda hərəkətsiz dururlar. Zolaqlı rəngi onları görünməz edir.