YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qədim Misir

6000 il bundan əvvəl böyük çayların sahillərində şəhərlər meydana gəlməyə başladı. Misir və Mesopatamiya (hazırkı İraq) qədim sivilizasiyanın yarandığı ilk yerlər idi. Təqribən eramızdan əvvəl 3000-ci ildə Misir birləşərək fironun (kral) başçılıq etdiyi ilk güclü şəhər-dövləti oldu.

 

Fironların sərdabələri – Əzəmətli və hündür sərdabələr fironlar tərəfindən özlərinin ölümdən sonrakı həyatı üçün tikdirilib.Ən böyük sərdabə təqribən 20 il ərzində tikilən və tikintisində iki milyondan artıq kubşəkilli qaya parçasından istifadə olunan Firon Xeops (eramızdan əvvəl 2589-66-ci illərdə hökmranlıq edib) tərəfindən inşa edilib.

 

Nil çayı - Qədim Misirlilər bu səhralıq ərazidə ferma icmalarını yalnız Nil çayı sayəsində qura bilmişdilər. İllik baş verən daşqınlar çayın hər iki sahilinin bərəkətli olmasına səbəb olur və məhsullar sulayırdı.

 


Misirdə sosial təbəqələşmə - Sosial təbəqənin ən yüksək pilləsində dayanan firon bütün torpaqların,insanların və mülkiyyətin sahibi idi. Vəzir onun ən çox inandığı məsləhətçisi idi və fironun bütün işlərini idarə edirdi. Aşağıda dayanan kəndlilər isə hər kəsin təlabatı üçün kənd təsərrüfatı məhsullarını toplayırdılar, lakin daşqınlar zamanı sənətkarlarla birlikdə bəndlərin qurulmasında da iştirak edirdilər.


Misir Allahları və İlahələri

 

Allah və ilahələrin çoxluğu - Qədim misirlilər onların hər bir allahının Misirin daha firavan qalması üçün öz rolunun olmasına inanırdılar.

 

Yaşayan allah - İlk fironların şahin başlı səma allahı Horusun yaşayan davamçıları olmasına güman edilirdi.

 

Nəqqaşlıq - Fironların sərdabələrinin divarında ölümdən sonrakı həyatda allahların fironlarla qarşılaşması qeyd olunur.

 


Giza ehramları

 

Qahirə yaxınlığındakı (Misir) Giza ehramları 4000 il bundan əvvəl inşa olunub.Nəhəng ehram qədim dövrlərdən salamat qalan yeddi möcüzədən biridir.