YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qılman İlkin

Musayev İlkin
 
Yazıçı, Azərbaycanın Əməkdar incəsənət xadimi
 
1914-cü il aprelin 11-də Bakının Mərdəkan kəndində anadan olub. 
 
1936-cı ildə indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirib. İndiki Bakı Dövlət Universitetində baş müəllim işləyib. İkinci Dünya Müharibəsi illərində Cənubi və Şimali Qafqaz cəbhələrində, habelə İranda hərbi müxbir olub, Təbrizdə nəşr edilən «Vətən yolunda» qəzetinin redaksiyasında çalışıb.
 
"Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının direktoru işləyib. "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları və müxtəlif medallarla təltif edilib. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülüb.
 
"Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (2006) və başqa kitabların, "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenari müəllifidir.
 
2009-cu il noyabrın 6-da 96 yaşında Bakı şəhərində vəfat edib.