YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Drayzer Teodor

1871-ci il avqustun 27-də İndiana ştatının Terre-Hote şəhərində alman emiqrantı Con Drayzerin (İohan Paul Drayzer) ailəsində anadan olub. 
 
1889-ci ildə İndiana universitetinə qəbul olur lakin ehtiyac ucbatından təhsilini yarımçıq qoyur.
 
1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhər qəzetlərində işləyir. 
 
1900-cu ildə ilk irihəcmli əsəri olan "Kerri bacı" romanını yazır. 1250 nüsxədə çap edilən kitabın yalnız 450 nüsxəsi yayılır. Tənqidçilər Drazyzeri qəddarlıqda, əxlaqsızlıqda, gəncləri pis yola sürükləməkdə, “çəhrayı Amerika” romançılığına zərbə vurmaqda təqsirləndirirlər. Bu əsərinə görə 68 dollar 40 sent qonorar alan otuz yaşlı yazıçı yaradıcılığına tam 10 il ara verməyə məcbur olur.
 
1907-ci ildə İngiltərədə yenidən işıq üzü görən "Kerri bacı" romanı bestsellerə çevrilir və bu dəfə tənqidçilərin yüksək rəyini alır. Bütün Avropa dillərinə çap olunan roman yalnız bundan sonra yazıçının vətənində də şöhrət tapmağa başlayır və Hazırda XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırılır.
 
1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsiri əks etdirən hekayə və esselər yazmağa başlayır. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan və ədibin ən məşhur əsəri olan "Amerika faciəsi"nin mövzusunu təşkil edir.
 
"Kerri bacı" romanından sonra Teodor Drayzer "Cenni Herhardt" (1911), "Arzular trilogiyası": "Maliyyəçi" (1912), "Titan" (1914), "Dözümlülük" (tamamlanmayıb 1947), "Dahi" (1915), "Amerika faciəsi" (1925), "Dayaq" (1946) romanlarını və bir sıra publisistik əsərlərini yazır.
 
1927-ci ildə Drayzer oktyabr inqilabının 10 illik yubileyi münasibəti ilə bağlı SSRİ-yə səfər edir. Bu səfər zamanı bir çox şəhərləri gəzən ədib Bakıda da olur. Səfər təəssüratlarını “Drayzer Rusiyaya baxır” publisistik əsərində qələmə alır.
 
1945-ci ilin iyulunda Amerika Kommunist partiyasına üzv olanTeodor Drayzer elə həmin il dekabrın 28-də 75 yaşında Los-Anceles ətrafındakı Hollivud rayonunda (Kaliforniya ştatı) dünyasını dəyişir və yerli məzarlıqda dəfn edilir.