YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dinozavrların rəngi

Dinozavrların hansı rəngdə olduğu hələ dəqiq öyrənilməyib. Daşlaşmış kiçik dəri hissələri tapılıb, lakin milyon illər ərzində onların rəngi solub. Bəlkə onların da rəngi indiki sürünənlərin rəngi kimi olub. 


Erkəklərin və dişilərin rəngi


İndiki yaşlı erkək və dişi heyvanlar, o cümlədən bəzi quşlar müxtəlif rənglərdədir. Erkəklər özlərinin parlaq rəngi ilə dişilərin diqqətini cəlb edir və başqa erkəkləri qorxudur. Dişilər nisbətən solğun rəngdə olur və buna görə də diqqəti az cəlb edirlər. Yəqin ki dinozavrlar da belə olmuşlar. 


Dinozavrların zolaqları


Levranın dərisindəki zolaqlar onu tez nəzərə çarpdırır, ancaq hərəkət zamanı silueti yalnış göstərir və bununla da vəhşiləri çaşdırır. Sürü həyatı keçirən dinozavrlar da bu cür zolaqlı ola bilərdilər. 


Dinozavrlara rəng lazım gəlirdi


Dinozavrlara rəng gizlənməkdə və başqa cinsdən olanların diqqətini cəlb etməkdə kömək edirdi, yaxud onlar bu rənglə düşmənləri qorxuya salırdılar. Ola bilər ki, bəzi dinozavrlar şəraitə uyğun maska rənglərindəydilər. Onların dərisində olan zolaqlar yerli şəraidə təbiətə qarışmağa kömək edirdi. Məsələn, deynonix sarımtıl-qum rənginə boyanmışdı. Bu, dinozavra qumluqda və ya quru ot şəraitində nəzərə çarpmamağa kömək edirdi. Bəlkə də deynonixlərdə pələnglər kimi zolaqlı olmuşlar ki, bitkilər arasında gizlənərək ovuna pusqu qursun.