YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nəhəng dinozavrlar

Nə vaxtsa Yer kürəsində yaşamış heyvanların ən nəhəngi dinozavrlar olmuşdur. Onlar quruda yaşamışlar. Ən nəhəngi isə bitkiyeyən zauropodlardır. Zauropdların bir neçə növü məlum olsa da hamısının oxşar cizgiləri: nəhəng gövdələri, uzun boyunları və quyruqları, balaca başları olmuşdur. Onların bəzilərinin boyu dördmərtəbəli ev hündürlüyündə idi. 


Ağıllı dinozavrlar


Dinozavrlar nəhəng idi. Lakin onların beyni çox kiçik olmuşdur. Ən kiçik beyin kütləsi nəhəng braxiozavrda-öz çəkisinin yüz mindən biri qədər olmuşdur. Bəzi dinozavrların beyni xeyli böyük olmuşdur. Yəqin ki, belələri daha ağıllı idilər. 


Bəzən tapılmış bir neçə sümüklü dinozavrın həcmini müəyyən etmək çətin olur. Mütəxəssislər hesab edirlər ki, ultrazavr ən ağır, seysmozavr isə ən uzun dinozavr olub (39-50 metr). Bu, müasir heyvanların ən irisi olan göy balinadan da uzundur.


Ən ağır dinozavr


Suerzavrların və ultrazavrların aşkar olunmuş sümükləri belə güman etməyə imkan verir ki, onların hər ikisi braxiozavrlardan da nəhəng və ağır olmuşlar. Çempion ultrazavrın uzunluğu 30 metr, hündürlüyü 12 metr, çəkisi 130 ton olub. Bu, 20 filin çəkisinə bərabərdir.


Ən iri yırtıcı


Tirannozavr-reks ən iri yırtıcı dinozavrlardan biri olub. Onun uzunluğu 15 metrə qədər, boyu 5 metr qədər çatıb. Təkcə başı 1 metrdən çox olub. Belə dinozavr ağzını geniş açıb adamı diri-diri uda bilərmiş. 


Ən iri sümüklü


Ən iri sümük zauropodlarda idi. Tapılmış belə sümüklərdən birinin çəkisi 450 kiloqramdır. Bu sümüyü çıxarıb evə gətirmək üçün onu tapanlar çox əziyyət çəkmişlər. İndi belə tapıntıları daşımaq üçün vertolyotdan istifadə edilir. 


Ən ağır pəncəli


Zauropodların ailəsindən olan braxiozavrların qabaq pəncələrinin uzunluğu bir metrə çatırdı. Tapılmış pəncə izlərinin bəziləri o qədər böyükdür ki, orada oturmaq mümkündür. Belə böyük pəncələr dinozavrlara öz gövdələrinin ağırlığını saxlamaq üçün lazım idi. 


Yaxşı qalmış nəhəng skelet


İndiyədək tapılmış ən böyük və demək olar bütöv qalmış skelet nəhəng braxiozavrındır. Bu dinozavr o qədər nəhəng oluşdur ki, boyu yerdən 13 metr yuxarı qalxırmış. Belə dinozavr indiki 10 filin ağırlığında ola bilərdi.