YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

“Əkinçi” qəzeti

Azərbaycan dilində nəşr olunan ilk milli qəzet
 
Əkinçi qəzetinin yaranması Görkəmli maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O, qəzetin nəşrinə böyük çətinliklə icazə almış, İstanbuldan ərəb qrafikalı mətbəə şriftləri gətirtmişdir. Qəzetin ilk nömrəsi onun redaktorluğu ilə 1875-ci il  iyulun 22-də Bakıda qubernator mətbəəsində nəşr edilir və bununla da milli mətbuatımızın əsası qoyulur.
 
Ayda iki dəfə 300-400 tirajla nəşr edilən “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunurdu.
 
1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başladığı zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Bakı qubernatoru həmin il sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən qadağa qoyur.
 
Qəzetin ümumilikdə 56 sayı işıq üzü görür.
 
İlk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.