YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zaman şkalası

Alimlərin rəyinə görə yer kürəsi 4600 milyon il bundan əvvəl formalaşmış, həyat isə 100 milyon il sonra canlanmağa başlamışdır. Ən qədim daşlaşmış qalığın yaşı 600 milyon ildir. Dinozavrlar 230 milyon il bundan əvvəl meydana gəlmişdir. Alimlərin təsəvvürünə görə ilk insan 2 milyon il əvvəl yaranmışdır.


Dinozavrlar erası


Yer kürəsində dinozavrlar 250 milyon il əvvəl başlamış mezozoy dövrü ərzində yaşamış və 65 milyon il bundan əvvəl yox olmuşlar. Alimlər dinozavrlar erasını 3 əsas mərhələyə bölür. İlk dinozavrlar 230 milyon il əvvəl trias dövründə meydana gəlmişdir. O dövrdə Yer kürəsinin quru hissəsi bütöv halda idi. Bu nəhəng kütlə Pangey (bütün Yer) adlanırdı.


Dinozavrlar hər tərəfə yayılmışdır. Təxminən 145 milyon il əvvəl yura dövründə Avropa və Afrika Amerikadan aralanmağa başlamışlar. Təbaşir dövründə nəhəng quru hissələr bir-birindən ayrılmış və müxtəlif kontinentlərdə müxtəlif dinozavr növləri inkişaf etməyə başlamışdır. 


Heyvanlar quruya çıxıblar


Həyat dənizdə yaranıb. Quruya ilk heyvanlar 380 milyon il əvvəl çıxıb. Eriops kimi amfibiyalar müasir qurğular kimi, artıq atmosfer havasını ala bilirdilər. Lakin onlar kürü tökmək və dərilərini nəm saxlamaq üçün suya qayıdırdılar. Eriops balaca donuz çoşkası boyda idi. Kifayət qədər qalın dərisi ona gövdəsini quruda saxlamağa kömək edirdi.


İlk quru heyvanlar


Sürünənlər ilk onurğalı heyvanlardır və onlar quruda yaşaya bilərdilər. Onurğalılar torpağa yumurta qoyurdular. Balalar yumurtanın içərisindəki qidalı maddələr hesabına inkişaf edirdilər. Yumurtadan çıxan balalar tam formalaşmış və müstəqil yaşamağa qadir olurdular.


Balıqlar nə vaxt yaranıb?


İlk onurğalılar hələ 500 milyon il bundan əvvəl qədim sututarlarında üzürdülər. Onların nə çənəsi, nə də üzgəcləri vardı. Balıqlar isə 450 milyon il əvvəl meydana gəlib. Onların həm çənəsi, həm də üzgəcləri vardı. Dunkleosteus kimi balıqlar nəhəng yırtıcılara çevrilmişdilər. Onların zirehli gövdəsinin uzunluğu 10 metrə çatırdı, çənəsi ülgüc kimi iti dişlərlə dolu idi. Belə balıqlar 370 milyon il bundan əvvələ qədər yaşamışlar. 


Sürünənlərin meydana gəlməsi


Sürünənlər təxminən 320 milyon il əvvəl yaranmışlar. Erkən onurğalılar 20 santimetrlik xilonomdan tutmuş 3 metrlik dimetrodona qədər müxtəlif forma və ölçülərdə olmuşlar. Dinozavrların başlanğıcını belə qruplardan biri qoymuşdur. Eoraptor və selofizis lap erkən yaranan dinozavrlardır. Alimlər hesab edirlər ki, sinodont dinozavr qrupu məməli heyvanların əcdadı olmuşdur. Kərtənkələlər, ilanlar, timsahlar, quru və su tısbağaları indi də yaşayırlar.