YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Jaklar Üsyanı

Fransız kəndlilərin feodallara qarşı üsyanı
 
100 illik müharibədən öncə ticarətin genişlənməsi nəticəsində fransız kəndlilərinin istismarı və bununla eyni vaxtda sinfi mübarizə güclənirdi. Başlayan müharibə sıravi vətəndaşların vəziyyətini bir az da çətinləşdirirdi. Vergilər aramsız olaraq artır, həm fransız qoşunları, həm də ingilis hərbi qüvvələri tez-tez kəndləri çapıb talayırdılar. 
 
Zadəganlar sadə xalq arasında geniş yayılmış Jak adını kəndlilər üçün həqarətli ləqəb kimi işlədirdilər. Feodal ağalar “Sadəlövh Jakın enli kürəyi var, nə yükləsən götürər” deyirdilər.
 
1358-ci ilin mayında Fransanın şimal-şərqində tarixdə Jaklar üsyanı kimi tanınan kəndli üsyanı başlayır. Üsyanda 100 minə yaxın kəndli iştirak edir. Onlar feodalları öz düşmənləri elan edir və onları axırıncı nəfərinə kimi qırmağı qarşıya məqsəd qoyurlar. 
 
Kəndlilərin üsyana qalxdığı yerlərdən qaçıb gedən feodallar çox keçmədən böyük qoşun toplayır və üsyançıları sıxışdırmağa başlayırlar. Lakin onların müqavimətini qıra bilməyən zadəganlar hiylə işlədib üsyançıların başçısı Gilyom Kalı danışığa çağırır və onu həbs edirlər. Ordu başsız qalmış kəndlilərin üzərinə hücuma keçir və onları darmadağın edir.
 
Üsyanın başçısı Gilyom Kalı edam olunur. Feodallar kəndlilərdən amansız qisas alırlar. Kəndləri və taxıl zəmilərini yandırır, kəndliləri öz komalarının qapılarından asırdılar. Üsyan yatırıldıqdan sonra 20 000 kəndli qətlə yetirilir.
 
Jaklar üsyanı məğlubiyyətə uğrasa da, nəticəsiz qalmır. Çox keçmədən kəndlilər şəxsi asılılıqdan azad olurlar.