YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sürətli yavaşqaçanlar

Dinozavrların bədən quruluşu, ölçüləri və hərəkət etdikləri sürət onların həyat tərzini göstərir. Ovçu dinozavrlara öz qənimətlərini tutmaq üçün sürətlə qaçmaq lazım gəlir. Onlar güclü dal pəncələri üstə qaçır, quyruqlarından müvazinətlərini saxlamaq üçün istifadə edirdilər. Nəhəng bitkiyeyənlər yavaş hərəkət edə bilərdilər. onlara qənimət dalınca qaçmaq lazım gəlmirdi, nəhəng bədənləri isə təhlükəsizliklərini təmin edirdi.
 
Sürət necə müəyyən olunur?
 
Onların pəncə izlərinin arasındakı məsafəni və ayaqlarının uzunluğunu ölçməklə dinozavrların hansı sürətlə hərəkət etdiklərini öyrənmək olar. İzlər arasındakı məsafə nə qədər çox olsa, deməli, onlar daha sürətlə hərəkət edirlərmiş.
 
Pəncə izləri
 
Aşkar edilmiş pəncə izləri dinozavrların necə hərəkət etdikləri barədə danışır. Məsələn, iquanodan dörd ayaqla gəzir, lakin iki dal ayaqları üstündə qaçırdı. Meqalozavrların nəhəng pəncələri güman etməyə imkan verir ki, onlar ancaq dörd pəncə üstündə gəzirlərmiş. 
 
Ən sürətli dinozavr
 
Dəvəquşuna oxşayan strutiomim ən bərkqaçan dinozavrlardan biri olmuşdur. Onun nə buynuzu, nə də zirehi vardı, təhlükədən qorunmaq üçün ancaq öz sürətli qaçışına arxayın ola bilərdi. O, təxminən cıdır atı kimi, saatda 50 km sürətlə qaçırdı. 
 
Məşhur Merri Enninq
 
Meri Enninq 1799-cu ildə İngiltərənin Dorset şəhərində anadan olub. Bir qədər böyüdükdən sonra o, dinozavrların daş qalıqlarının həqiqi ovçusuna çevrilib. Tapdığı daş qalıqlarını sataraq, hətta özünü dolandırmağa başlayıb. 12 yaşına çatanda o, artıq nəhəng dəniz ixtiozavrının ilk bütöv skeletini tapıb. Onun ikinci çox təəccüblü tapıntısı plezlozavrın tam skeleti olub.
 
Dinozavrların sürəti 
 
1. Müasir heyvanlara uyğun dinozavrlar şəraitə görə müxtəlif sürtətlə hərəkət edirdilər. Tirranozavr saatda 16 km sürətlə gedirdi. Ancaq hücum zamanı daha iti sürətlə qaça bilərdi. 
 
2. Gipsilofodon sürətlə qaçan dinozavrlardan biri olmuşdur. Bu bitkiyeyən dinozavr düşmənlərindən qaçarkən saatda 50 km sürət götürə bilərdi. 
 
3. Apatozavrın ağırlığın 7 filin ağırlığı qədər-30 ton idi. Saatda 10-16 km sürətlə hərəkət edirdi. Əgər o, qaçmağa cəhd göstərsəydi, yəqin ki, ayaqlarını sındıra bilərdi. 
 
4. Triseratops 5 kərgədan ağırlığında idi. Deməli, kərgədan kimi saatda 25 km sürətlə qaça bilərdi. Çox az yırtıcının ona hücum etməyə cürəti çatırdı.
 
Ən yavaş gedən dinozavrlar
 
Nəhəng zauropodlardan olan baraxiozavr ən yavaş hərəkət edən dinozavrlardan olmuşdur. Onun çəkisi 50 tona yaxın olmuşdur. Belə ki ona, əlbəttə, qaçmağa imkan verməzdi. Odur ki, braxiozavr saatda cəmi 10 km sürətlə hərəkət edirdi. Belə nəhənglər balaca dinozavrlardan fərqli olaraq heç vaxt dal pəncələri üstə qalxa bilməzdilər.
 
İsti və soyuq qanlılar
 
Məməlilər və quşlar isti, sürünənlər isə soyuq qanlılardır. Odur ki, vaxtaşırı özlərini günə verirlər. Kifayət qədər enerji toplamaq və bədəndə daimi hərarət saxlamaq üçün isti qanlılar eyni ölçüdə olan soyuq qanlılardan 10 dəfə çox yeməli olurdular. Yedikləri yemin miqdarına görə dinozavrlar arasında isti qanlıların olması barədə təsəvvür yaratmaq olar.