YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Göyəzən dağı

Kiçik Qafqazın dağətəyi sahəsində günbəz-dağ.
 
Qazax rayonunun mərkəzdən 20 kilometr aralı, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. 
 
Təbaşir dövründə vulkan püskürməsi zamanı əmələ gəldiyi ehtimal edilir. Yer səthindən hündürlüyü 250 metr, diametri 130 metrdir çoxdur. Düzənliyə basdırılmış sütuna bənzəyir.
 
Ətəyində iri və qədim yaşayış yerinin və yeddi bürclü qalanın qalıqları, həmçinin ilkin insan məskənlərindən olan mağara-otaqlar var. Zirvəsi yastıdır. Rəvayətə görə, qədimdə bayram günləri və ya təhlükə zamanı dağın zirvəsində tonqal qalanarmış. Adı ilə bağlı müxtəlif rəvayətlər və yozmalar mövcud olsa da, əsasən göylərə baş vuran - göy əzən sözlərinin birləşməsindən qaynaqlandığı ehtimal edilir.