YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Günəş altında mübarizə

Hindistanda və Pakistanda bitən banyan (hind smokovini) həyatını epifitlər kimi başlayır. O, inkişaf etdikcə ağacaoxşar köklər buraxır. Tədricən banyan geniş bir ərazini örtür və müstəqil ağacların talası kimi görünür. İkiyüzillik bir vahid 412 m2 sahəni tutur, 100 ayrı-ayrı gövdəsi və 1775 dayaq kökü olur. Titrəyən ağcaqovaq da  yan atmalarla çoxalaraq geniş ağaclar talası yaradır. Lakin onların hamısının yer altında bir kökü olur. ABŞ-da belə bir ağcaqovaq talası 43 hektarı tutur və bütün ağacların ümumi çəkisi 6000 tondur.


Ən uca ağac


Dünyada ən ucaboy ağac Şimali Amerikanın Sakit okean sahilində bitən mamont ağacı, yaxud qırmızı ağacdır. 112 metrə qədər boy atır. Avstraliya evkalipləri arasında da belə nəhənglərə rast gəlmək olur.


Qədim yaşlı bitki


Məlum olan bütün bitkilərdən ən çox yaşayanı kreozot koludur. Onun vətəni ABŞ-ın cənub-qərbində Kaliforniyanın ştatındakı Moxave səhrasıdır. Bu kol bitkisinin bəzi nüsxələrinin yaşı 11700 ildir. ABŞ-ın cənub qərbində Kaliforniyanın Ağ dağlarında yetişən küknar ağacı da uzunömürlüldür. Ən qədimin 4600 il yaşı var.


Ən iri tum


Ən iri tum hindqozunundur. Hər toxumun uzunluğu 50 santimetrdir. Seyşel adalarında yetişən dəniz hindqozunun ağacaoxşar meyvəsinin içərisində olan tumun cücərməsi üçün 6 il vaxt lazımdır. 


Ən uzun yarpaq


Ən uzun yarpaq tropik  Afrikada bitən raffi palmasınındır. Saplağın uzunluğu 4 metr, yarpağın ümumi uzunluğu 20 metrə çatır. 


Ən dərin kök


Ən dərin kök əncir ağacınındır. Cənubi Afrikada yetişən əncirin kökü 120 metrədək dərinə gedir.


Ən böyük üzən yarpaq


Amazonka çayının hövzəsində nəhəng su zanbağının yarpağının çarpaz uzunluğu 2 metrə çatır. O, üstündə uşağı saxlamağa qadirdir. 


Ən tez böyüyən bitki


Birmanın Myanma torpağında bitən nəhəng bambuk gün ərzində 46 sm boy atır. Ancaq rekord inkişaf sürəti hind tikanlı bambuğundadır. Onun gün ərzində boy artımı 91 sm çatır.


Ən uzun su bitkisi


Nəhəng laminasiya əsl sualtı meşəlik yaradır. Kaliforniyanın sahil sularında bitir. Tağlarının uzunluğu 100 metrə çatır. Ona görə də laminasiyanı dünyada ən uzun bitki hesab edirlər. 


Ən gec böyüyən bitki


Bu rekord Meksika bitkisi diona aiddir. Bir dionun il ərzində boy artımı cəmi 0,76 santimetr təşkil edir. 


Ən balaca su bitkisi


Bu, üzən tropik sugülüdür. Bitkinin ən yaşlısının uzunluğu 0,5 santimetrə çatmır.


Ən iri gül


Dünyada ən böyük gül-raffleziyadır. Cənub-Şərqi Asiyanın tropik meşələrində bitən bu bitkinin yarpağı yoxdur. Parazit bitki-lilanın üstündə bitir. Ayrı-ayrı güllərin çarpaz uzunluğu 1 metrə çatır. Dünyada heç bir bitkinin bu böyüklükdə çiçəyi yoxdur. Qırmızı-ağ rəngi diqqəti cəlb etsə də, iylənmiş ət qoxusu verir. Onu tozlandıran milçəkləri daha çox cəlb edir. Ən böyük gül topası isə puyya adlanan Boliviya bitkisindədir. Topada 8000 gül olur, hündürlüyü 10 metrə çatır.