YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Terrarium

Terrarium-suda quruda yaşayanlar və sürünənlər üçün yer deməkdir. Onun adı isə latın dilindəki “terra” – “yer” sözündən əmələ gəlmişdir.


Əgər siz, zooparkda olmuşsunuzsa, yəqin ki ilan və tısbağaların yaşadıqları terrariumu görmüsünüz. Orada su ilə dolu balaca hovuz, torpaq, daşlar və hətta bitki də var. Terrariumda heyvanların sərbəstlikdə öyrəşdiyi həyat şəraitini yaratmağa çalışırlar. Bu heyvanların bədən temperaturu sabit olmur, bir çoxları isə yalnız istidə yaşaya bilir. Ona görə də terrariumda daim lazım olan temperaturu saxlayırlar.


Kiçik terrariumu siz özünüz də düzəldə bilərsiniz. Bunun üçün köhnə akvarium, hətta şüşə banka da yarayar. Köhnə akvariuma torpaq tökün, su üçün qab (amma onu torpağa elə basdırın ki, kənarları görünməsin), xırda daşlar və mamır qoyun. Suyu dəyişməyi unutmayın! Kərtənkələlər, qurbağalar, koramallar, tritonlar orada özlərini çox yaxşı hiss edəcəklər.


Əgər terrariumun bütün divarları şüşədəndirsə, onun üstünü örtmək olmaz, heyvanlar boğularlar. Lakin onu açıq qoymaq da olmaz, çünki terrariumun bəzi sakinləri lap hamar şüşəyə də dırmaşa bilirlər. Ona görə də terrariumun üstünü torla örtün. 


Tutqun və soyuq günlərdə terrariumun sakinləri süst olur, yaxud tamamilə “yuxuya” gedirlər. Belə günlərdə qızdırıcı (lampa) düzəltmək və terrariumda lazımi temperatur yaratmaq lazımdır.