YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rəmz, simvol

Siz Azərbaycan Respublikasının üç rəngli bayrağının nə rəmzli olduğunu yaxşı bilirsiniz: göy türklük, qırmızı çağdaşlıq, yaşıl islam rəmzidir.


Onu da bilirsiniz ki, rəmz hansı bir hadisənin, anlayışın, işin mahiyyətini göstərən şərti işarədir. Rəmzin xarakteri, keyfiyyəti, anlayışın, işin mahiyyətini göstərən şərti işarədir. Rəmzin xarakteri, keyfiyyəti anlayışın uzun əsrlər boyu daşıdığı mahiyyətlə ölçülür. Rəmzlər çox qədim zamanlardan yaranmağa başlamışdır. Elə rəmzlər vardır ki, onlar tarix boyu dəyişilməz qalıb, elələri də olub ki, dəyişib, yeni keyfiyyətlər qazanıb.

Rəmzlər həm də milli dünyagörüşü, psixologiya ilə bağlıdır.


Buna görə də müəyyən əşya, söz müxtəlif xalqlarda müxtəlif rəmz ifadə edə bilər. Məsələn, sarı rəmz çinlilərdə müqəddəslik, əzəmət bildirirsə, bizdə çox vaxt nifrət, bizdə çox vaxt nifrət, xəstəlik rəmzi kimi qavranılır.


Ona görə də zaman keçdikcə dövlət rəmzləri, milli və beynəlxalq rəmzlər formalaşmışdır. Bayraq, qerb, emblem və s. rəmzlər geniş yayılmışdır. Məsələn, Göyərçin, beynəlxalq aləmdə sülhün rəmzinə (simvoluna) çevrilmişdir.


Rəmz kimi əşya, söz, rəng, heyvan, quş və s. də götürülə bilər. Belə rəmzlər adətən, dəyişmir. Məsələn, boz qurd xilaskarlıq rəmzi kimi həm uzaq keçmişimizdə, müqəddəslik, təmizlik rəmzi idisə, indi türkçülük rəmzidir.