YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Saxsı

Araşdırıcılar qədim misirlilərin saxsıdan istifadə etdiklərini müəyyənləşdirmişlər. Bu ağ rəngli və məsaməli struktura malik keramik material IV-V-ci əsrlərdə Koreyada, XVI-cı əsrdən Yaponiyada və Avropa ölkələrində geniş istehsal edilməyə başlamışdı. 


Qədimlərdə saxsıdan qab-qacaq düzəltmək üçün istifadə edilirdisə, sonralar onun sahəsi daha da genişləndirildi. 


Məişət avadanlıqlarında, binaların tikintisində saxsıdan geniş istifadə edilməyə başlandı.


X-XII-ci əsrlərdə İranda kəşf edilmiş ağ az məsaməli saxsışəkilli kütlə (kaşı) islam ölkələrində də yayıldı.


Saxsı məlumatlarının səthinə sukeçirməyən qlazur (şirə) təbəqəsi çəkilir.


Tərkibinə və xassələrinə görə saxsı alüminatlı, əhəngli, şamotlu və çöl şpatlı olur. Çöl şpatlı saxsı texnikada və məişətdə daha çox yayılmışdır.