YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Skott Robert

1901-ci ildə qütb tədqiqatçısı ingilis Robert Skott ekspedisiyası ilə Antarktidaya yola düşdü. Bu buzlu qitə hələ heç öyrənilməmişdi. Ekspedisiya Cənub qütbünə çata bimədi keçilməz buz səddi onu geri qayıtmağa məcbur etdi.


Lakin 1911-ci iildə Skott yenidən ekspedisiya təşkil edir.


Skottun ekspedisiyası artıq yolda ikən məlum olur ki, digər qütb tədqiqatçısı norveçli Rual Amundsen də heç kimin gözləmədiyi halda, Cənub qütbünə getməyi qərara almışdır. Skott ümid edirdi ki, qütbə birinci çatacaq. Bütün yol boyu o, meteoroloji müşahidələr aparmaq, təbiəti tədqiq etmək, geoloji kolleksiya yığmaq barədə fikirləşirdi.


Ekspedisiyanın yolu əzablı idi. Motorlu kirşələr tezliklə sıradan çıxmışdı, möhkəm mancur  atları bir-bir qüvvədən düşüb ölürdülər. Beş cəsur adam kirşələrə qoşulub onları adıım-addım öz arxalarınca çəkirdi. Nəhayət, budur, qütb görünməyə başlayır; bir keçid də qət edilərsə, artıq qütbdə olacaqlar. Lakin… qarın üstündə qaralan nədir? Norveç bayrağı! Amundsen onları bir ay qabaqlamışdı. Pərt olmuş, ruhdan düşmüş, ümidlərinin boşa çıxmasından doğan kədəri bir-birindən gizlətməyə çalışan səyyarlar Norveç bayrağının yanında ingilis bayrağını sancdılar. 


Geriyə yol faciəli oldu. Şaxta, külək, boran. Qüvvələr tükənmişdi. Ekspedisiyanın iştirakçıları bir-birinin ardınca həlak olurdular. Yanacaq və ərzaq qurtarmışdı. Lakin iradəli insanlar son dəqiqəyə qədər mətanətlərini itirmədilər. bu son dəqiqələrdə Skott yazırdı: “Biz bilirdik ki, riskə gedirik. Şərait bizim əleyhimizədir, ona görə də bizim şikayətlənməyə əsasımız yoxdur…”


Skottun və onun yoldaşlarının xatirəsinə Antarktidadakı burunlardan birində xaç qoyulub. Onun üzərində ingilis şairi Tennisounyn şeirindən bir misra yazılmışdır: “Mübarizə etmək və axtarmaq, tapmaq və təslim olmamaq”.