YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mikroskopiya

Qədim zamanlardan insanlar gözlə çətin görünən cisimləri görmək üçün müxtəlif cihazlardan istifadə etmişlər. Məsələn, münəccimlər göy cisimlərinə baxmaq üçün sadə teleskoplardan, dənizçilər uzaq məsafələrə baxmaq üçün isə durbinlərdən istifadə edirdilər.


Mikroskopiya – tədqiqat üsulu. Mikroskopiya üsulu mikroskopun köməyi ilə müxtəlif obyektlərin öyrənilməsinə əsaslanır. Onun əsasını işıq və elektron mikroskopu ilə aparılan tədqiqatlar təşkil edir. Bu üsul adi gözlə seçilməyən mikroskopik obyektlərin quruluşunu öyrənməyə imkan verir.

 

Bu üsuldan həm cansız, həm də canlı mikroskopik obyektlərin tədqiqində istifadə etmək mümkündür. Biologiyada mikroskopla aparılan tədqiqatlarda, adətən, canlının müəyyən nazik kəsiyindən və ya hissəciyindən hazırlanmış preparatlardan istifadə edilir.