YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nərgiz gülü

Nərgiz baharda çox gözəl qoxulu çiçəkləriylə baharın müjdəcisidir. Diqqəti cəlb edən və xoş qoxulu çiçəkləri sayəsində bir çox ölkədə bəzək bitkisi olaraq yetişdirilən nərgizlərin, başda Avropa olmaq üzrə, şimal bölgələrdə öz-özünə yetişən 40-a qədər növü vardır. Bu bu gülün adı Yunan mifologiyasında Narkissos adından gəlir. Mifologiyaya görə sudakı görünüşünə aşiq olub ona qovuşmaq üçün ölümü seçən gözəllər gözəli Narkissosun öldüyü yerdən nərgizlər bitmişdi.

 

Nərgiz soğanağı zəhərli bəzək bitkisidir. Torpağın üzərində çıxaraq topa halına gəlir, incə uzun, sivri uclu və yastı yarpaqları vardır. Təqribən 50 sm boyundakı bu yarpaqların bəzi növlərdə 1 metrədək uzandığı da olur. Nərgiz çiçəkləri arıların köməyi ilə tozlanır.

 

Ana vətəni Avropa olan bu bitkilərin növ çoxluğuna İspaniya və Portuqaliyada rast gəlinməkdədir. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində yetişir. Dünyada Avropa, şimali Amerika, Şimali Afrika ölkələrində yetişdirilməkdədir. Narcissus poeticus Türkiyədə Egey Bölgəsində əsasən də Qaraburun və Mordoğanda yetişdirilməkdədir. Mordoğan, nərgizin ana yurdu hesab olunur.

 

Nərgiz baharın xəbərçisi, cəlbedici qoxuya sahib olan soğanaqlı bitkidir. Çində nərgizlər yeni ildə çiçək açarsa o ilin bərəkətli keçəcəyinə inanılır. Hava şəraitinə görə fevralın sonu, martın başlanğıcında çiçək açır.

 

Fulya, Nargöz, Zerrin, Zerrin qədəh kimi adlarla da tanınmaqdadır. Hollandlar lalədə sınadıqları kimi bu soğanaqlardan da 20 — 30 dəyişik növ yetişdirmişlər. Əsasən, yarpaqları və çiçək sapları eyni (10 — 50 sm arası), amma çiçəklərii çox fərqlidir. Nərgizlərin bəyaz, sarı, kök rəngi, çəhrayı rəngləri olur. Tək rəng ya da qarışıq rəng növləri də mövcuddur.