YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Səfiəddin Urməvi

Musiqini notsuz təsəvvürümüzə gətirə bilmirik. Amma muğamlarımızı, xalq mahnılarımızı adətən notsuz ifa edirlər. Çox zaman belə bir qənaət yaranır ki, Azərbaycan, eləcə də Şərq musiqisi notsuz inkişaf edib, not isə bizə Avropadan keçib.

 

Amma musiqi tariximizi öyrənən araşdırıcılar sübut etmişlər ki, Şərqdə də notsuz musiqi olmuşdur. Lakin Şərq musiqiçilərinin istifadə etdikləri not işarələri bugünkündən fərqlidir.

 

Görkəmli alim Səfiəddin Əbdülmöminin ibn Yusif ibn Faxir əl-Urməvinin yaradıcılığı musiqimizin inkişafında yeni dövrün başlanğıcı hesab edilir. Şərq, eləcə də Azərbaycan musiqi folklorunun əsasını təşkil edən səs komplekslərinin sistemləşdirilməsi məhz Səfiəddin Urməvininn musiqi nəzəriyyəsi sayəsində mümkün olmuşdur. O, musiqiyə dair nəzəri əsərlərində mükəmməl tabulatura (not) vasitəsilə 12 əsas məqamın, 6 törəmə məqamın (avazın) səsdüzümünü, eləcə də bəzi melodiyalardan parçalar vermişdir.

 

S.Urməvi həm də nüzhə və muğni musiqi alətinin yaradıcısı kimi incəsənət tariximizin parlaq səhifələrini yazmışdır. Bu ensiklopedik zəka sahibi musiqişünaslıqla, musiqi ifaçılığı ilə, bəstəkarlıq, xəttatlıq və ədəbiyyatşünaslıqla ardıcıl məşğul olmuşdur.