YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Konstantin Eduardoviç Siolkovski

Elmi təfəkkürünün dərinliyi ilə əsrini qabaqlayan, kosmonavtikanın banisi K.E.Siolkovski adı bütün dünyada məşhurdur. Bu böyük rus aliminin əsas elmi əsərləri kosmik raketlərə və onların kosmosda uçuşlarına həsr edilmişdir. O, 1903-cü ildə yazdığı “Reaktiv cihazlarla kainatın tədqiqi” məqaləsində planetlərarası uçuşların mümkünlüyünü elmi sürətdə əsaslandırdı. Siolkovski sübut etdi ki, yalnız raket planetlərarası gəmi ola bilər. O, kosmik raket üçün xüsusi duru kimyəvi yanacaq təklif etdi: sıxılmış oksigen və hidrogen.

 

Alim özünün başqa əsərlərində yazırdı: raketə lazımı kosmik sürət vermək üçün “raket qatarları” düzəltmək zəruridir. İndi biz onları çoxpilləli raket adlandırırıq. Raketin birinci pilləsinin yanacağı qurtardıqda, o ayrılır və yerə düşür. İkinci pillənin mühərrikləri raketin uçuşunu davam etdirir.

 

Kosmosda iri orbital stansiyaların yaradılmasını təkif edirdi ki, adam uzun müddət orada yaşayıb işləyə bilsin.

 

Alim hesab edirdi ki, texnikanın inkişafı ilə kosmos hökmən fəth ediləcək. O, inanlrdı ki, Kainatda bir çox planet var ki, orada həyat mövcuddur. Bəlkə də Yerdənkənar hıyat öz unkişaf səviyyəsinə görə, bəşəriyyəti çox qabaqlamışdır. Siolkovski bəşəriyyəti Günəş sistemində yerləşdirməyə kömək edəcək texniki vasitələr təklif edirdi.

 

Siolovskinin fikrinə görə insanlar kosmik aləmi mənimsəyərkən xüsusilə planetimizin təbiətinin qayğısına qalmalıdırlar. Elə buna görə də o, səhraları suvarmaq üçün aparatların layihələrini çəkirdi. O, idarəolunan metal dirijabl-aeroplanın, aerodinamik borunun və s. konstruksiyasını vermişdir. Hava yastığı üzərində nəqliyyat ideyasını da o irəli sürmüşdür.

 

Siolkovski elmi-fantastik hekayə və povestlər də yazmışdır.