YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Subtropik bitkilər

Yer kürəsinin Şimal və Cənub yarımkürələrində tropik və mülayim qurşaqlar arasında subtropik qurşaq deyilən böyük bir ərazi yerləşir. Buranın qışı yumşaq keçir. Bu səbəbdən də burada çoxillik həmişəyaşıl bitkilər olan subtropik bitkilər yetişdirmək mümkündür. Naringi, portağal, limon, qreypfrut, zeytun, avokado, əncir, əzgil, nar, xurma, feyxoa, badam, püstə və s. subtropik bitkilərdir.

 

Yarpağı tökülən subtropik bitkilərdən əncir, nar və xurma şaxtaya daha davamlıdır. Düzgün qulluq edildikdə onlar 17 °C-dək şaxtaya davam gətirirlər. Vegetasiya müddətində (bitkinin boyatma, göyərmə və yetişmə dövrü belə adlanır) bu bitkilərin istiyə tələbatı da müxtəlifdir.

 

Subtropik bitkilər Azərbaycanda da (Astara-Lənkəran zonasında portağal, naringi, limon, feyxoa, Abşeronda zeytun, əncir, badam, bir çox rayonlarda nar və s.) becərilir.