YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ceyran

Gazella subgutturosa
 
Antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan
 
Bədəninin uzunluğu adətən 95-115 santimetr, çəkisi 18-33 kiloqram olur. Saatda 55-60 kilometr sürətlə qaça bilir. Erkəklərinin 30 santimetrə çatan liraşəkilli buynuzu var. Dişiləri adətən buynuzsuzdur və 1-2 bala doğur. Səhra və yarımsəhralarda dəstələr halında yaşayır. Müxtəlif ot bitkiləri ilə qidalanır, susuzluğa davamlıdır.
 
Ceyranlara yarımsəhra, səhra və düzənliklərdə, həmçinin İran, Azərbaycan, Əfqanıstan, qərbi Pakistan, cənubi Monqolustan, Cin, həmçinin Ermənistan, Gürcüstan və Orta Asiya ərazilərində təsadüf olunur.
 
Ölkəmizdə vaxtilə Qazaxdan Bakıya qədər olan geniş arealda yayılmışdılar. Onlara daha çox Qarabağ və Muğan düzlərində rast gəlmək olardı. XX əsrdən sonra ceyranın yayılma arealı və sayı xeyli azalsa da, qoruq və yasaqlıqların artırılması nəticəsində bu prosesin qarşısı alınıb. Hazırda yalnız qoruq ərazilərində təsadüf olunan ceyranın Azərbaycanda əsas yayıldığı ərazi Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlığıdır. Sayları 8000-dən bir qədər çoxdur.