YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Lui Brayl

Lui Brayl (4 yanvar 1809 - 6 yanvar 1852) - gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır. Bu əlifbayla birdən altıya qədər olan xanalar vasitəsi ilə gözdən əlilər həm yaza, həm də oxuya bilərlər. Əlifba Asiya xalqlarının əlifbalarından başqa, dünyada olan bütün əlifbalara tətbiq etilmişdir. Lui Braylın özüdə gözdən əlil olmuşdur.


Lui Brayl Paris yaxınlığında yerləşən Kopvrey kəndində anadan olmuşdur. Uşaqlıq dövrünün böyük bir qismi Lisle şəhərində keçmişdir. Atası Simon Rene Brayl sərraclıqla məşğul olurdu. Üç yaşı olanda atasının yataq otaqında, sərrac iynəsi ilə sol gözünü zədələmişdir. Bu hadisə zamanla sol gözünün kor olmasına səbəb oldu. Gözünün zədələnməsi səbəbindən, Braylın sağ gözündə oftalmiya xəstəliyi yaranmışdır. 6 yaşı olarkən, tamamilə kor olmuşdur. Bütün bunlara baxmayaraq, Brayl təhsil almaq və uğurlu gələcək qurmaq istəyirdi. Ailəsinin ona dəstək olması, Braylın təhsil almaq həvəsini daha da artırdı. Brayl 7 yaşı olarkən, Korlar üçün kral inistutuna daxil oldu. İnstitutda aldığı təhsil, Braylın həyatında böyük rol oynamışdır.

 

Burada dərsliklər artilleriya zabiti Çarl Barbyenin gecə vaxtı məlumatları göndərə bilmək üçün yaratdığı metodla hazırlanırdı. Belə ki, hərflər kartonda açılmış dəliklər vasitəsilə təsvir edilirdi, məlumat isə barmaqları bu işarələrə toxundurmaqla oxunurdu. Bu hərflər uşaq barmaqları üçün həddindən artıq böyük idi, bu isə sözləri oxumaqda çətinlik törədirdi. Bu səbəbdən 15 yaşlı Lui Barbyenin metodu ilə tanış olduqdan sonra onun ağlına relyef-nöqtəli yazı sistemini yaratmaq ideyası gəlir. O, 1829-cu ildə məktəbdə oxuyarkən öz adı ilə adlandırdığı, indiyə qədər bütün dünyada istifadə olunan gözdən əlil və görmə qabiliyyəti zəif olan şəxslər üçün Brayl şriftini yaradır. O, hərf və rəqəmlərdən başqa elə həmin prinsipə uyğun olaraq not əlifbasını yaratmış və gözdən əlil şəxslərə musiqini tədris etmişdir.