YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çarlz Spenser Çaplin (Çarli Çaplin)

Chaplin Charles Spencer
 
Məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenaristi və komediyaçısı
 
1889-cu il aprelin 16-da Londonda musiqiçi ailəsində anadan olub. 
 
1894-cü ildə karyerasına İngiltərə teatrında başlayan 5 yaşlı Caplin küçə uşağı rolunu ifa edir. 1913-cü ildə Amerika Birləşmiş Ştatlarına səfər zamanı Kistoun film studiyası tərəfindən film çəkilişinə cəlb olunur və kiçik rollarda çəkilməyə başlayır. Getdikcə məşhurlaşan Çarli 1915-1916-cı illərdə yüksək qonorarla əvvəlcə Essanaye studiyasına, daha sonra Mutual Film şirkətinə dəvət olunur. 1917-ci ildə “First National” studiyasına keçən Çaplin 1 milyon dollarlıq müqaviləyə imza ataraq dövrünün ən bahalı aktyoruna çevrilir.
 
“First National” studiyasında müqaviləsi başa çatdıqdan sonra Çaplin 1919-cu ildə “United Artists” film studiyasını qurur və filmlərinin ssenarisini özü yazmağa başlayır.
 
1940-cı ildə Çarli Çaplin Hitler rejimini pisləyən “Böyük diktator” filmini ekranlaşdırır. Amerika konservatorları Hitlerin Avropada “bolşevizmə” və “kommunizmə” qarşı hərbi güc toplamasını alqışladıqlarından və onu böyük siyasətçi saydıqlarından film ABŞ senzurasından keçmir və Çaplinə qarşı təqiblər başlanır.
 
1952-ci il sentyabrın 18-də Çarli Çaplin film nümayişi üçün İngiltərəyə gedir. Amerika siyasətçiləri bundan istifadə edərək onun ABŞ-a girişinə qadağa qoyurlar. Bundan sonra Caplin Avropada qalmaq qərarına gəlir və 1952-ci ildə İsveçrəyə köçürək Veve şəhərində yaşamağa başlayır.
 
1957-ci ildə Çaplin ABŞ ilə arasında olan problemləri satirik şəkildə çəkdiyi “Nyu-Yorkda bir şah” filmində ekranlaşdırır.
 
1977-ci il dekabrın 25-də Çarli Çaplin İsveçrənin Veve şəhərində vəfat edir və yerli qəbiristanlıqda dəfn olunur. Sonradan məzarı Korsye-Syur-Vevedəki Meruz qəbiristanlığına köçürülür.
 
Məşhur filmləri:
İmmiqrant (1917)
Uşaq (1921)
Qızıl hərisliyi (1925)
Sirk (1928)
Böyük şəhərin işıqları (1931)
Böyük diktator (1940)