YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çanaqqala döyüşü

Birinci Dünya müharibəsi əsnasında Osmanlı Dövlətinin müttəfiq qüvvələrə qarşı apardığı dəniz və quru əməliyyatları
 
Avropa cəbhələrindəki hadisələr, İngiltərə və Fransanın müttəfiqləri Rusiyanı dəstəkləmək məcburiyyətində qoyurdu. Almaniyaya kifayət qədər təzyiq edə bilməyən Rusiya İngiltərə və Fransanın hərbi dəstəyinə ehtiyac duyurdu. Avropa quru yolu və Baltik dənizi Alman Donanmasının nəzarətində olduğundan bu dəstəyi təmin etmək üçün alternativ yol axtarmaq lazım gəlirdi. Avropa dövlətlərinin zəif hesab etdikləri Osmanlı Dövlətinin nəzarətində olan Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolunu ələ keçirmək müttəfiqlərə daha asan görünürdü. Bundan başqa Osmanlı Dövlətinin məğlubiyyəti ilə Almaniya müttəfiqlərindən birini itirəcək, İngiltərə isə Uzaq Şərq nəqliyyat yolunu Süveyş kanalı vasitəsilə təmin etmiş olacaqdı.
 
Bu ərəfədə Aralıq dənizində ingilis donanmasının təzyiqi nəticəsində geri çəkilən 2 alman kreyseri admiral Sukonun rəhbərliyi ilə 1914-cü il avqustun 10-da Çanaqqala Boğazını keçərək İstanbula yaxınlaşdı. Alman donanmasına məxsus gəmilərin Boğazdan keçməsi üçün verilən icazə döyüş üçün bəhanə ola bilərdi. Lakin Osmanlı Dövləti, bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq gərginliyi bir qədər azaltdı. Həmin gəmilər Yavuz və Midilli adları ilə Osmanlı Donanmasına qatıldı. Lakin bu gəmilər təxribat məqsədi ilə 1914-cü il oktyabrın 27-də Qara dəniz sahillərindəki rus limanlarını top atəşinə tutdu və beləliklə Rusiya İmperatorluğu və Birləşmiş Krallıq, Osmanlı Dövlətinə qarşı müharibə elan etdi.
 
Hərbi əməliyyatlara ümumilikdə 450 min türk və 600 mindən çox müttəfiq əsgəri cəlb olundu. 
 
1915-ci il fevralın 19-da fransız qüvvələri ilə ingilis Elizabet döyüş gəmisi osmanlıların sahil mühafizə xətlərini top atəşinə tutaraq 16 döyüş gəmisindən ibarət donanma ilə Çanaqqalaya doğru ilk hücuma keçdi. Fransızların üç döyüş gəmisi minaya dəyərək batdı, bir neçə ingilis və fransız döyüş gəmisi isə zədələndi. Müttəfiq qüvvələrinin donanması geri çəkilmək məcburiyyətində qaldı.
 
Bundan sonra quru əməliyyatlarına başlayan müttəfiqlər Seddülbahir və Arıburnu istiqamətlərindən Osmanlı mövqelərinə doğru irəlilədilər. Osmanlı döyüşçüləri Seddülbahir istiqamətindən Çirkdə və Alçıtəpə kəndlərinə doğru edilən hər üç hücumu dəf edə bildilər.
 
Cəbhənin digər Kerevizdərə istiqamətində əməliyyatlara başlayan müttəfiqlər üç gün ərzində türk mövqelərini top atəşinə tutdu. Bunun ardınca başlayan hücum nəticəsində fransızlar təpəni ələ keçirərək Zığındərə istiqamətində irəliləməyə başladılar.
 
Daha sonra cəbhənin mərkəzində hücuma keçən ingilislər bu istiqamətdə ilk müdafiə xəttini ələ keçirsələr də, ikinci müdafiə xəttində ağır itkiyə uğrayaraq geri çəkildilər. 
 
İngilis generalı Hamilton, şimalda Anafartalar cəbhəsi açaraq Misirdə dislokasiya olunan 5000 minlik diviziyanı da döyüşlərə cəlb etdi və Suvla istiqamətində desant çıxardı. ANZAK (Avstraliya və Yeni Zelandiya ordu Korpusu) birliklərinin Bomba Təpəyə hücumu da nəticəsiz qaldı. Bu Çanaqqala döyüşünün son əməliyyatı oldu və Osmanlı qüvvələrinin zəfəri ilə nəticələndi.
 
Bir çox azərbaycanlının da qatıldığı Çanaqqala savaşında minlərlə həmvətənimiz də şəhid olub.
 
Savaşdakı itkilər:
 
 
 Müttəfiq dövlətlər:  Ölən  Yaralı
 Avstraliya  8 709  19 441
 Yeni Zelandiya  2 701  4 852
 Böyük Britaniya  21 255  52 230
 Fransa  10 000  17 000
 Hindistan  1 358  3 421
 Cəmi   44 023  96 944

 

 Osmanlı İmperiyası  74 635  174 634