YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Turac

Turac boz kəklikdən bir qədər iridir.Çəkisi 400-500 qramadək olur. Təhlükənin yaxınlaşdığını hiss etdikcə əvvəlcə qaçır və səs-küy salaraq düz yuxarı uçmağa başlayır. Bir neçə metr uçduqan sonra bir neçə dəfə qanad çalaraq kollar arasına düşür və aradan çıxır.


Erkəyinin rəngi qara olub, bədəninin alt tərəfində dairəvi ağ ləkələr var. Belində və qanadlarında eninə qonurumtul-kürən naxışlar, belində və quyruğunda eninə qara-ağ zolaqlar olur. Dişisi bir qədər açıq rənglərə çalır. Boynunda kürəni-qəhvəyi halqa var. Dimdiyi qara, ayağı qırmızıdır. Turac düzənlikdə yaşayan quşdur. Su hövzələri yaxınlığındakı sıx böyürtkən, qaratikan kolluqlarının içərisində məskən salır. O, çox ehtiyatlıdır. Payızda və qışda dəstələrlə uçur. Əti dadlıdır. İqlimə yaxşı uyğunlaşır. Ovçuluq təsərrüfatlarında saxlanılır.

 

Azərbaycanda Mil və Muğan düzlərində, Kürboyunda bu quşa tez-tez təsadüf olunur.