YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fikrət Sadıq

Sadıqov Fikrət Abbas oğlu
 
Şair, publisist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi 
 
1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.
 
Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Bir müddət kinomexanik kimi çalışıb. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlayıb. Bundan başqa “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyeslərinin də müəllifidir. 
 
Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru işləyib.
 
1986-cı ildə “Əməkdə igidliyə görə” medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1975-ci ildən Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir. Prezidentin fəxri təqaüdçüsüdür.
 
Kitabları:
“Dəniz küçəmizə gəlir”. 1968, 
“İşığın yaşı”. 1974,
“Ağ cığır”. 1979,
“Yerdən göyə ümid”. 1981, 
“Məndən soruşsalar”. 1985,
“Dünya öz işindədir”. 1989,
“Gözlədiyim ömür”. 2003,
“Taleyin acığına”. 2003, və başqaları.