YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Herodot

Herodotos
 
Qədim yunan tarixçisi
 
Kiçik Asiyada, əhalisi dorilərdən ibarət olan Halikarnas şəhərində anadan olub.
 
Gəncliyində zülmkar Liqdamidaya qarşı mübarizə apardığından təqiblərə məruz qalıb və Samos şəhərinə qaçıb. Daha sonra uzunmüddətli səyahətə çıxan Herodot Babilistan, Assuriya, Misir, Kiçik Asiya, Qara dəniz, Peloponnes, Makedoniya və Frakiyayanı gəzib və e.ə 446-cı ildə Afinaya köçüb. Bu vaxta qədər “Tarix” kitabının böyük hissəsini yazıb. 
 
Doqquz hissədən ibarət məşhur “Tarix” kitabının birinci hissəsi Fars imperiyası, Babilistan, Assuriya, Misir, Skif, Liviya və başqa ölkələrdən, ikinci hissəsi isə yunan-fars müharibələrindən bəhs edir. 
 
Tarixin atası adlandırılan Herodot e.ə. 444-cü ildə Böyük Yunanıstanda, kortonelilər tərəfindən dağıdılmış Sibaris şəhərinin xarabalıqlarının yerində Furiya koloniyasının əsasının qoyulmasında iştirak edib.
 
Herodot e.ə. 425-ci ildə dünyasını dəyişib.