YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Klayv Steyplz Lyüis

Klayv Steyplz Lyuis İrlandiyanın Belfast şəhərində anadan olmuşdur. Onun həyatının qəribə anları olmuşdur. Söyləyirlər ki, 4 yaşı olanda Ceksi adında sevimli itini maşın vurub öldürəndə onun adını özünə götürmüş, ömrünün axırına qədər dostları və ailə üzvləri onu elə Cek deyə çağırıblar.


Yaradıcılığının ilk dövründə o, Beatris Potterin hekayələrini, nağıllarını xoşlamış, antromorfik (insanaoxşar) heyvanların məftunu olmuş, daha çox heyvanlar aləmindən yazan yazıçı kimi tanınmışdır. Yaradıcılığında uşaq mövzusu xüsusi yer tutur. “Narnianın salnamələri” (“The Chronicles of Narnia”) uşaqlar üçün fentezi janrında yazdığı yeddi novelladan ibarət olan topludur. Bunlar Britaniya uşaq ədəbiyyatının klassik əsərlərindən biri kimi dəyərləndirilmişdir. “Narnia salnamələri”ndə ədib ümumbəşəri əxlaqı “dərin magiya” kimi təsvir etmişdir. İrili-xırdalı əsərlərindəki fəlsəfi, əxlaqi ideyalara görə 2008-ci ildə “The Times” mətbu orqanı onu “1945-ci ildən bəri Britaniyanın 50 görkəmli yazıçısı” sırasında 11-ci yerə layiq görmüşdür. 


Oksford Universitetinin məzunu olan Klayv Steyplz Lyüis bir müddət – təxminən 30 il təhsil aldığı Universitetdə çalışmışdır. Eləcə də Kembric Universitetində Orta əsrlər və Renessans ədəbiyyatı kafedrasının mükafatını almış və bu Universitetdə Maqdalene Kolleci Şurasının üzvü seçilmişdir.


O, akademik tədqiqat sahəsində çalışmış, ədəbiyyat və poeziya sahəsində bir neçə kitaba ön söz yazmışdır. Yazıçının sonuncu akademik əsəri 1964-cü ildə nəşr olunmuş “Atılmış obraz: Orta əsrlər və Renessans ədəbiyyatına müqəddimə” (“The Discarded Image: An In troduction to Medieval and Renaissance Literature”) adlanır. 


Klayv Steyplz Lyüis 30-dan çox kitabın müəllifi olmuş və əsərləri dünyanın 30-dan çox xalqlarının dillərinə tərcümə edilmişdir. Uestminister Abbatlığının Şairlər guşəsində dəfn olunmuşdur.