YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Materiya

Ətrafınıza baxdıqda çoxlu canlı və cansız obyektlər görürsünüz. Bəzilərinin səsini eşidir, bəzilərinə toxunur və qoxusunu hiss edirsiniz. Lakin bir çox cisimlər arasında elə hadisələr baş verir ki, onları duyğu üzvləriniz vasitəsilə hiss etmirsiniz. Məsələn, mobil telefonları bir-biri ilə əlaqələndirən elektromaqnit sahəsini hiss etmək olmur.

 

Kainatda mövcud olan bütün öbyektlər materiyanı təşkil edir (a). Sadə dildə desək, materiya - a Kainat və Yer kürəsindəki bütün cisimlər materiyadır fəzada mövcud olan hər şeydir, yəni xassəsindən, bizim hiss edib-etmədiyimizdən asılı olmayaraq real varlıqdır. Materiyanın mühüm xassələrindən biri hərəkətdir.

 

Hərəkət kainatda baş verən ixtiyari dəyişiklikdir. Materiyanın hərəkətinin forma və növləri sonsuzdur. O ən sadə yerdəyişmədən başlayaraq kainatda baş verən bütün hadisələri əhatə edir.

 

Materiyanın iki növü vardır: maddə və fiziki sahə.

 

Maddə hiss üzvlərimiz vasitəsilə duyulan və kütləsi olan materiyadır. Təbiətdəki bütün canlı-cansız cisimlər maddədən ibarətdir. Maddənin ən mühüm xassəsi kütləyə malik olmasıdır.

 

Fiziki sahə maddələrin birbirinə qarşılıqlı təsirlərini ötürən materiyadır. Fiziki sahənin bir neçə növü mövcuddur. Bunlar qravitasiya sahəsi , elektrik sahəsi, maqnit sahəsi və s.-dir.

 

Alimlər maddə və fiziki sahənin müxtəlif xassələrini araşdırmaqla müxtəlif hadisələrin başvermə səbəblərini izah etmiş, hadisələri sürətləndirmək və ya ləngitmək yollarını öyrənmişlər.