YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rezerford Ernest

Ernest Rutherford 
 
Yeni Zelandiyalı fizik, atomun planetar modelinin müəllifi, kimya üzrə Nobel mükafatı laureatı
 
1871-ci il avqustun 30-da Yeni Zelandiyanın Nelson şəhəri yaxınlığındakı Sprinq-Qruv (hal-hazırda Braytvoter) adlanan yerdə dünyaya gəlib.
 
Əvvəlcə Havlok məktəbində, daha sonra Nelson və Kanteberi kolleclərində təhsil alıb. 1895-ci ildə bakalavr və magistr dərəcələri alaraq iki il elektrik texnologiyaları sahəsində tədqiqatlarla məşğul olub. Daha sonra doktorluq dərəcəsi almaq məqsədilə İngiltərəyə köçüb və Kembric universitetinin nəzdində fəaliyyət göstərən Kavendiş laboratoriyasında çalışıb. Həmin illərdə torium və uran elementlərinin buraxdığı radiasiyanın iki növünü – alfa və beta radiasiyanı kəşf edib.
 
1898-ci ildə Kanadanın Monreal şəhərinin Makgill Universitetində işləməyə başlayıb. Məhz bu universitetdə apardığı tədqiqatlar ona 1908-ci ildə kimya üzrə Nobel mükafatını gətirib. 
 
1907-ci ildə Rezerford Mançester Universitetinin fizika kafedrasında Hans Geyger və Ernest Marsdenlə birgə tədqiqatlar apararaq atomun nüvəsini müəyyən edib. Bu tədqiqatların interpretasiyası ona özünün planetar modelini irəli sürməyə imkan yaradıb. Lakin Rezerford nüvə enerjisinin perspektivinə şübhə edərək deyirdi: Atom nüvəsinin parçalanmasının enerji mənbəyi olacağına inanan hər bir kəs cəfəngiyata inanmış olar.
 
1919-cu ildə nüvə reaksiyası vasitəsilə bir kimyəvi elementi (azotu) başqa bir kimyəvi elementə (oksigenə) çevirmiş ilk fizik kimi tarixə düşüb. 
 
1921-ci ildə Nils Borla birgə çalışdığı müddətdə müsbət yüklü protonların bir-birini itələmə effektini kompensasiya etməklə nüvənin cəzbetmə qüvvəsini təmin edən və beləliklə nüvəni parçalanmadan saxlayan neytronlar haqqında nəzəriyyə irəli sürüb. 
 
Bu nəzəriyyə 1932-ci ildə Ceyms Çadvik tərəfindən sübuta yetirilib və Çadvik bu kəşfinə görə 1935-ci ildə Nobel mükafatına layiq görülüb.
 
Ernest Rezerford 1937-ci il oktyabrın 19-da vəfat edib və Vestminster Abbatlığında İsaak Nyutonun, Çarlz Darvinin və başqa məşhurların yanında dəfn olunub.