YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Jaklin Uilson

Britaniya uşaq ədəbiyyatının tanınmış yazıçısıdır. 


Atalıq soyadı Atkin olmuşdur. Hələ orta məktəbdə oxuyarkən ona “Jacky Daydream” (“Xəyalpərvər Ceki”) ləqəbini vermişdilər və o, sonralar tərcümeyi-halında uşaqlıq xatirələrindən bəhs edərkən bu ayamanın ona həddən ziyadə xəyalpərvər olduğuna görə verildiyini söyləmişdir.


Bir çox medal və mükafatlara layiq görülmüş Jaklin Uilson 2005-ci ildən 2007-ci ilə qədər sayca dördüncü Uşaq ədəbiyyatı Laureatı olmuşdur.


Ona ilk böyük sənət uğuru gətirən əsəri 1991-ci ildə nəşr etdirdiyi “Treysi Bikerin hekayəsi” (“The Story of Tracy Beaker”) adlı kitabı və onun ədəbi qəhrəmanı Treysi Biker olmuşdur. 


Əsərləri dünyanın bir sıra xalqlarının dillərinə tərcümə edilmiş, milyonlarla nüsxədə satılmışdır. Son illərə qədər onun yalnız Birləşmiş Krallıqda 35 milyondan çox nüsxədə kitablarının yayımlanması heç şübhəsiz ki, ədibin həm yazı üslubunun, həm də əsərlərində təsvir etdiyi hadisə və obrazların maraqlı, oxunaqlı olduğuna dəlalət edir.


O, 2008-ci ilin iyulunda Britaniya İmperiyasının Xanım komandiri ordeni (Dame Commander of the Order of the British Empire) ilə təltif olunmuş, 2012-ci ildə Kembric Universitetinin Krayst Kolleci şurasının Fəxri üzvü seçilmişdir. 


Jaklin Uilsonun yazdığı əsərləri barədə özünün bir mühakiməsində söylənilir ki: “I try to have reasonably happy endings because I would hate any child to be cast down in gloom and despair; I want to show them you can find a way out of it” (“Çalışıram ki, əsərlərimi mümkün qədər xoşbəxt sonluqlarla bitirim. Ona görə ki, uşaqların məyus, kədərli və ümidsizlik girdabında qalmasına nifrət edirəm. Mən onlara çətin vəziyyətdən çıxmağın yollarını göstərmək istəyirəm”.