YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Xurma

Xurma mülayim iqlimli ölkələrin bitkisidir. Bu bitki diospiros cinsindəndir. Diospiros latın sözü olub “ilahi qida” deməkdir. Xurma Qafqaza və Orta Asiyaya Uzaq Şərqdən gətirilib.


Azərbaycanda ilk dəfə Zaqatalada becərilmiş, sonralar bir çox aran rayonlarında əkilmişdir. Hündürlüyü 16 metrə çatan ağacdır. 25 dərəcə C şaxtaya dözür. Amma quraqlığa, şoran torpağa dözümsüzdür. 200 ilə qədər yaşayır.


Xurma aprel-may ayında çiçəkləyir. Payızda yetişən sarı-narıncı rəngli meyvəsi şirəli, dadlı və qidalıdır. Ona asanlıqla qulluq etmək mümkün olduğu üçün həyətyanı sahələrdə də becərilir. Bir çox sortu var. 


Azərbaycanda 7 sortu əkilir. 1 ağacı 250 kiloqramadək məhsul verir. Bəzi sortlar toxumlu, bəziləri toxumsuzdur. Bəzi yerlərdə buna xirnik də deyilir. Payızda yarpaqları qızarır.


Yəqin ki, siz bir başqa xurma da tanıyırsız. Lakin bu xurma heç də o birisinə oxşamır. Bunun vətəni Afrikanın şimalı, Ərəbistan yarımadası, İran və İraqdır. Tropik və Subtropik iqlim bitkisidir. Qumlu torpaqda yaxşı yetişir. Bu çox da hündür olmayan 15-20 metrlik ağacdır, 100 ilə qədər yaşayır. Yarpağının saplağı 4-5 metr uzunluqda olur; bu yarpaqlar saplaq ətrafına barmaq şəklində düzülmüşdür. Əkildikdən 8-10 il sonra meyvə verir. Hər ağacdan orta hesabla 72-360 kiloqram məhsul yığılır. Yarpaq və gövdəsindən müxtəlif şeylər düzəldirlər. Yetişdiyi yerlərdə yerlərdə çəyirdəyi qovrulub qəhvə kimi istifadə edilir; dəvələr üçün yemdir.