YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sarımsaq

Allium sativum
 
Soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növü
 
Ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskindir, yandırıcı  xassəyə malikdir. Bir çox ölkələrdə populyar olan sarımsağın vətəni Mərkəzi Asiyadır. 26 növü məlumdur.
 
Əvvəllər kəskin qoxusuna görə qida kimi istifadə olunmur və sırf müalicə məqsədi üçün becərilirdi. Sonradan qida məhsulu kimi istifadə edilməyə başlayan sarımsaq infeksiya və virusların qarşısını almaq məqsədi ilə Qədim Misir ehramlarının tikintisində iştirak edən fəhlələrin qida rasionuna daxil edilir. 
 
Dərman kimi şərq təbabətində bir sıra xəstəliklərə qarşı çox qədim zamanlardan bəri istifadə edilir. Tərkibində "fitonsid" maddəsi olduğundan xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində son dərəcə qüvvətli bakterisid təsirə malikdir. 
 
Bundan başqa sarımsağın tərkibində müalicəvi xüsusiyyətlərə malik "dusulfid" adlanan kükürdlü üzvü birləşmələr və “tioefir” yağları də var ki, bu da sarımsağa kəskin qoxu verir.
 
Xalq təbabətində vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək məqsədilə, həmçinin soyuqdəymə və sətəlcəm zamanı tənəffüs yollarını açmaq üçün istifadə olunur. Zaqatala rayonunda hipertoniya xəstəliyinin müalicəsində faydalı olan “sarımsaq bəhməzi” bişirilir. 
 
2009-cu ildə donuz qripi pandemiyası zamanı Çində sarımsağın qiyməti 40 dəfə bahalaşmışdı.
 
İspaniyanın Las-Pedroneras şəhəri bu ölkə mətbəxində əvəzedilməz ədviyyat sayılan sarımsağın paytaxtı elan edilib.