YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hava və onun əsas elementləri

Hava-yer (troposfer) atmosferini təşkil edən fiziki qaz qurşağıdır. Başqa sözlə desək, müəyyən vaxtda troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Atmosferin 9/10 hissəsi troposferdə yerləşir. Göründüyü kimi, canlı aləmə daha zəruri sayılan hava təbəqəsi, əsasən, troposferdədir. Atmosfer havası - müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin 78,08%-i azot, 20,95%-i oksigen, 0,93%-i arqon, 0,03%-i karbon qazından ibarətdir. Qalan qazların payına (hidrogen, neon, helium, metan, ksenon, radon və b.) təxminən 0,01% düşür, ki, bunların miqdarı dəyişkəndir. Karbon qazının miqdarı tənəffüs, yanma və bitkilərin qidalanma proseslərindən asılıdır. Hava sənayedə müxtəlif proseslərdə istifadə edilən mühüm xammaldır. Sənayenin, energetikanın və nəqliyyatın inkişafı havada karbon qazının və digər zərərli qazların miqdarının artmasına səbəb olur.


Havanın əsas elementləri dedikdə havanın temperaturu, rütubəti və təzyiqi başa düşülür. Havanın insan üçün optimal rütubəti 40-60%, temperaturu 18-20°C-dir.