YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İqlim və kənd təsərrüfatı

Əziz şagirdlər! Siz “iqlim və kənd təsərrüfatı” mövzusunda əldə etdiyiniz biliklər nəticəsində, iqlimin əsas faktorları, onların kənd təsərrüfatında rolu və təsir xarakteri, iqlim dəyişiklikləri və onların baş vermə səbəbləri, iqlim dəyişikliklərinn bitkiçilik və heyvandarlığa vurduğu ziyan, kənd təsərrüfatında risklərin azaldılması yolları və iqlim dəyişikliklərinə qarşı adaptiv (uyğunlaşan) aqrotexnologiyaların tətbiqi və s. məsələlər haqqında geniş təsəvvürə malik olacaqsınız və bir sıra praktik bacarıqlara yiyələnəcəksiniz.


Məlumdur ki, kənd təsərrüfatı təbiətdən asılı olmaqla iqtisadiyyatın olduqca riskli bir sahəsi hesab olunur. Kənd təsərrüfatının əsas obyekti torpaq, yaşıl bitkilər və heyvandarlıqdır. Bu üç əsas ünsür təbiət hadisələri altında formalaşır və biri digərini tamamlayır. Məsələn, torpağın bitkini qida maddələri ilə normal təmin etməsi üçün onda kifayət qədər su və temperatur olmalıdır. Bu amillər isə yağıntıların və günəş şüalarının hesabına formalaşır. Bitkilər üçün optimal iqlim amilləri mövcud olmadıqda onlar inkişafdan dayanır və digər asılı sahə olan heyvandarlıq üçün yem bazası tükənmiş olur.


İnsan amilinin səylərinə baxmayaraq, kənd təsərrüfatı iqlimdən asılı olduğu üçün daim risk altındadır. Məsələn, insan torpağı yaxşı becərmiş olsa da, onun münbitliyini artırsa da, toxumun cücərməsi və bitkinin normal inkişafı üçün optimal temperatur və kifayət qədər işıq mövcud olmalıdır. Qeyd olunanlardan aydın olur ki, müəyyən ərazidə heyvandarlıq və bitkiçiliyin normal inkişafı üçün həmin əraziyə uyğun olan optimal iqlim şəraiti mövcud olmalıdır.