YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qızılbalıqlar

Xəzər dənizində iki növ qızılbalıq yaşayır – Xəzər qızılbalığı və ağ qızılbalıq.

 

Ağ qızılbalıq əsasən Xəzərin şimal hissəsində rast gəlinir və kürütökmə üçün dənizin şimaldakı çaylara, əsasən Volqaya daxil olur. Xəzər qızılbalığı keçici balıqdır, dənizin cənub hissəsində yaşayır və əsasən Kür çayında kürü tökür. Qızılbalıq körpələri 2 yaşınadək çaylarda yaşayır və sonra isə Xəzər dənizinə keçirlərlər.

 

1952-ci ilə qədər hər il Kürdə 170 tonadək qızılbalığı ovlanırdı, lakin sonrakı illərdə Kür və Araz çayları üzərində su elektrik stansiyalarının bəndlərinin tikilməsi və Xəzər qızılbalığının təbii kürüləmə yerlərinə keçə bilməməsi səbəbindən, onun ehtiyatları kəskin azalmış və bu balıq növü “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmişdir. Xəzər qızılbalığının ehtiyatını bərpa etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu tərəfindən hər il təxminən 50 min ədəd körpə qızılbalıqlarının artırılıb dəniz qəfəslərində yetişdirilərək Xəzər dənizinə buraxır. Bununla da, qızılbalığın nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılır.