YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Lənkəran diyarşünaslıq muzeyi

Lənkəran Tarix-diyarşunaslıq muzeyi-1924-cü ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi rəsmi olaraq fəaliyyətə başlamışdır. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın sarayına köçürülür. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır.

 

Xan evi kimi tanınan bu saray Mirmustafa xandan sonra hakimiyyətə gələn Mirhəsən xanın tək övladı Mirəhməd xanın öz sevimli həyat yoldaşı Tuğra xanımın (həm də əmisi qızı olub, yəni o da xan nəslindəndir) şərəfinə inşa etdirdiyi binadır. Xan evinin inşasında istifadə olunan bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilib. Binanın fasadı mifoloji fiqurlarla bəzədilib. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi.

 

Bu cür sarayları özünəməxsus edən cəhətlərdən biri də daxildən şəhər ətrafına çıxan gizli yeraltı yollarının olmağıdır. Bu yollar mümkün ola biləcək xalq üsyanları zamanı saray sahibinin və onun ailə üzvlərinin qaçıb salamat qala bilməsi üçün nəzərdə tutulurdu. Mirəhməd xanın evindən də indi mayak kimi tanıdığımız yerə qədər yeraltı yol hazırlanıbmış, muzey fəaliyyətə başlayanda həmin yol aşkarlanaraq, muzey tərəfdən qapadılsa da, mayakda hələ də görmək olur. Amma demək lazımdır ki, Mirəhməd xanın əleyhinə heç bir xalq üsyanı olmayıb.

 

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 3 mərtəbədən, 12 otaqdan ibarətdir. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 6500 çox eksponat mühafizə olunur. Muzeyin ekspozisiyası isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr (1917-1945-ci illər), müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Başqa sözlə, bölmələr belə adlanır: daş abidələr, Lənkəran xanlıqlar dövründə, Lənkəranın mədəniyyəti, Lənkəranın arxeoloji tapıntıları, Lənkəranda elm və təhsilin inkişafı.

 

Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada yığılıb. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir.

 

Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılıb və 2015-ci ilin aprel ayında başa çatdırılıb. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeydə yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.