YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Solomon adaları

Sahəsi: 28 370 km2


Əhalisi: 567 min nəfər (2007)


Əhalinin sıxlığı: 20,0 nəfər/km2


Paytaxtı: Xoniara (55 min nəfər)


Rəsmi dillər: ingilis, pica, 47 yerli dil


Dini etiqad: protestantlıq (78%), katolisizm


(18%), ənənvi dinə inananlar


Pul vahidi: Solomon adaları dolları


Dövlət quruluşu: Böyük Britaniya Şahzadəsinin başçı olduğu dövlət. Birlik üzvü

 

Solomon adalarına bir neçə yüz mərcan adaları, atollar, 6 iri vulkan mənşəli ada daxildir.Adalar 655 km2-dən çox bir ərazidə səpələnmişdir.


Solomon adaları iki cərgədə şimal-qərbdən cənub-şərqə doğru 1400 km məsafədə uzanır. Adalar dağ silsilələrindən ibarətdir, yalnız sahilboyu hissələri ensiz ovalıqlar tutur. Solomon adalarında 4500 tropik bitki növü vardır. Onlarınbir çoxu tibbdə, tikintidə, paltar və ərzaq məhsullarının hazırlanmasında istifadə olunur. Əsas əmtəə məhsullarına palma yağı, hind qozu ləpəsi (kopra), kakao aiddir. Batat, yams, çəltik və tropik bitkilər daxili istehlak üçün becərilir. Ölkədə meşə sənayesi sürətlə inkişaf etdirilmiş, nəticədə meşələrin 10%-i qırılmışdır. Adada balıq ovlanması (xüsusilə tunes) inkişaf etdirilir. Əhalinin əsas hissəsi altı böyük adada yaşayır: Malaita, Quadalkanal, Yeni Corciya, San-Kristobal, Santa-lsabel və Şuazel. Ən böyük ada olan Quadalkanalda ölkənin paytaxtı və əsas limanı Xoniara yerləşir. Solomon adalarında əhalinin məskunlaşması b.e.ə. I minillikdən gec olmayaraq başlamışdır. Bura ilk dəfə Bismark arxipelaqı və Yeni Qvineyadan olan papuas tayfaları gəlmişlər. Sonra adalara 100-dən çox dildə danışan, hazırda adaların əhalisinin əsas hissəsini təşkil edən melaneziyalılar, daha sonar polineziyalılar köçmüşdür. Son illər adada tez- tez dini və etnik münaqişələr baş verir.