YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Vyana su kəməri

XIX əsrin 60-cı illərinin əvvəllərində Vyana kəskin içməli su qıtlığı keçirirdi. Yeni su kəməri üçün 50-yə yaxın layihə mövcud idi.

 

Məsləhət üçün Eduard Züssə müraciət edildikdə o, layihələrin heç birini bəyənməmiş və gözlənilmədən Alp bulaqlarının çox təmiz sularından istifadə etmək qərarını təklif etmişdir. Burqamistr məntiqli olaraq qeyd etmişdir ki, Alp kəmərinin uzunluğu 100 km-dən artıq olduğu üçün şəhər xəzinəsinə çox baha başa gələcək. Züss etiraz edərək bildirmişdir ki, "Can sağlığı hər şeydən qiymətlidir".

 

Onun inadının üstündə möhkəm durması nəticəsində vyanalılar ekoloji təmiz su içmək imkanı əldə etmişlər. Minnətdarlıq əlaməti olaraq şəhər meydanlarının birində alimə abidə qoyulmuşdur.