YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Palau Respublikası

Sahəsi: 458 km2


Əhalisi: 20,7 min nəfər (2010)


Əhalinin sıxlığı: 45,2 nəfər/ km2 


Paytaxtı: Nqerulmud (400 nəfər)


Rəsmi dillər: ingilis, palau

 

Dini etiqad: katolisizm (45%), protestantlıq (30%), yerli dini etiqadlar


Pul vahidi: ABŞ dolları 


Dövlət quruluşu: respublika

 

Palau Respublikası Karolin adalarına daxildir. Adaların çox hissəsi 100 km-dən çox uzunluğu olan sədd rifinin yaratdığı böyük laqunun daxilində yerləşir. Palau Respublikası dünyada əhalisinin sayı az olan dörd ölkədən biridir, ölkəyə aid 200-dən çox adadan yalnız səkkizində əhali məskunlaşmışdır. Əhalinin əksər hissəsi ən böyük ada olan Babeltuapda və son vaxtlara qədər ölkənin paytaxtının (Melekeok) yerləşdiyi Kororda cəmlənir. Adalarda rütubətli tropik iqlim (yağıntı 800-2000 mm/il) hakimdir. Onları dəmir beton körpülər birləşdirir. Palau dünyada iqtisadiyyatı zəif potensiala malik ölkələrdən biridir. Lakin əhalinin həyat səviyyəsi regionun digər ölkələri ilə müqayisədə yüksəkdir. Palaunun təmiz sahilboyu suları dünyada suyun altında üzmək üçün ən əlverişli yerlərdəndir. Ona görə turizm ölkə iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biridir. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir. İqtisadi yardım göstərdiyinə görə Palau hökuməti öz ərazisində ABŞ-ın hərbi bazalarının yerləşməsinə icazə vermişdir. Kənd təsərrüfatında kokos palması, batat, kakao, maniok, tropik meyvələr və tərəvəz becərilir, sənayedə kopra və suvenirlər istehsal olunur. Palau adalarında tam təcrid olunmuş halda inkişaf edən, özünəməxsus ekosistemə malik olan çoxlu sayda laqunlar və göllər vardır. Bu, hər bir su hövzəsində nadir bitki və heyvan növünün yaranmasına səbəb olmuşdur. Rok Aylends adaları sıx tropik bitkilərlə örtülür.