YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Liviya

Sahəsi: 1777 060 km2 


Əhalisi: 6,6 mln. nəfər (2010) 


Əhalinin sıxlığı: 4 nəfər/km2 


Paytaxtı: Tripoli (rəsmi, 2006 min nəfər), Surt (qanunverici və inzibati, 120 min nəfər) 


Rəsmi dil: ərəb 


Dini etiqad: islam 


Pul vahidi: Liviya dinarı 


Dövlət quruluşu: respublika

 

Liviya əhalisi az olan səhra ölkəsidir. Zəngin neft ehtiyatından istifadə ölkənin gəlirlərinin əsas hissəsini təşkil edir. Ölkənin şimal hissəsini Aralıq dənizinin suları yuyur. Əhali əsasən sahilboyu zonada məskunlaşır. Ölkənin cənubunda və Böyük Səhranın şimal-şərq rayonlarında olan vahələrdə kiçik yaşayış məntəqələri vardır. Bu ərazilərdə olan yeraltı sular boru kəmərləri ilə şimal rayonlarına gətirilir. Şimalda subtropik iqlimin Aralıq dənizi tipi (yanvarın orta temperaturu 12°C, iyul 28°C-dir), cənubda isə kəskin sutkalıq temperatur fərqi və çox quru olan tropik iqlim xarakterikdir. İllik yağıntıların miqdarı 250-300 mm-dir. Becərilən torpaqlar ölkənin 1%-dən az hissəsini, tutur. Arpa, tütün, çay, xurma, əncir və üzüm, zeytun, sitrus meyvələri yetişdirilir. Heyvandarlıqda qoyun, keçi və toyuq saxlanması əkinçiliyə nisbətən daha böyük rol oynayır. Neft-qaz hasilatı və emalı, toxuculuq, gön-dəri, tikinti materialları istehsalı, kənd təsərrüfatı, tikinti, avtomobil texnikası yığılması sənayenin əsas sahələridir. 1951-ci ilə qədər İtaliya müstəmləkəsində olan Liviya müstəqil krallığa çevrildi. 1969- cu ildə polkovnik M.Qəddafinin hakimiyyətə gəlməsi ilə ölkədə milli, dini (islam) və sosializm ideyalarına əsaslanan hərbi rejim quruldu. 2011-ci ilin əvvəlində NATO koalisiya qüvvələrinin köməyi ilə başlanan qiyam ilin sonunda M.Qəddafinin öldürülməsi ilə nəticələndi və yeni hakimiyyət strukturları yaradıldı. 1950- ci illərdə neft ehtiyatları kəşf edilənə qədər Liviya xarici kömək və ərzaq idxalından asılı olan yoxsul ölkə idi. Son vaxtlarda sutkada 1,9 mln. barrel neft hasil olunurdu. Ölkənin ixracı valyuta gəlirlərinin 99%-ni təmin edir. Bu gəlirlər sosial rifahın yüksəlməsinə, ölkədə pulsuz təhsil və səhiyyə sistemi yaradılmasına imkan vermişdir. Lakin mövcud hərbi diktatura rejimi ölkənin təcrid olunmasına gətirib çıxarır, insan haqlarının qorunmasına mane olurdu.