YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

I Böyük Manuel

Böyük və ya Xoşbəxt ləqəbli I Manuel 1469-cu il mayın 31-də Lissabon yaxınlığındakı Alkoşete şəhərində doğulmuşdu. 1495-ci ildə Manuel taxta çıxdı. Portuqaliyanın "qızıl əsri" adlandırılan onun hakimiyyəti dövründə çoxsaylı ekspedisiyalar həyata keçirildi: Braziliya və Molukk adaları kəşf edildi, Hindistana (qəti olaraq Qoaya əsaslanaraq) və Çinə dəniz yolu açıldı. Vasko da Qama, Qaşpar Korte-Real (1500-cü ildə Nyufaundlendi kəşf etmişdi), Pedru Alvariş Kabral, Triştan da Kunya, Afonsu d'Albukerki o dövrün məşhur dəniz səyyahları idilər. Hakimiyyətin mərkəzləşdirilməsini davam etdirən, yeni qanunlar məcmusunu yaradan Manuel elmin himayədarı sayılırdı. Müstəmləkələrdən gələn vəsait hesabına o yeni binalar və gözəl saraylar tikdirirdi.