YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Somali Demokratik Respublikası

Sahəsi: 637 657 km2


Əhalisi: 9,4 mln. nəfər (2010)


Əhalinin sıxlığı: 14,7 nəfər/km2


Paytaxtı: Moqadişo (1,1 mln. nəfər)


Əsas dillər: ərəb, somali


Dini etiqad: islam


Pul vahidi: somali şillinqi


Dövlət quruluşu: respublika


Somali 1960-cı ildə müstəqillik qazanmışdır. Ölkənin müasir ərazisi iki müstəmləkənin - İtaliya və Böyük Britaniya Somali mülklərinin birləşməsi nəticəsində yaranmışdır. Somalinin ərazisi əsasən təpəli düzənliklərdən ibarətdir. İqlimi qurudur, temperatur qışda 23°C, yayda 34°C-dir, yağıntıların miqdarı şimalda və şərqdə 50 mm-dən cənubda və qərbdə 150 mm-ə qədər dəyişir. Cənub-qərbdə qarğıdalı, banan, şəkərqamışı və pambıq becərilir. Əhalinin yarıya qədəri köçəri heyvandarlıqla məşğul olur. Sənaye dağ-mədən, kənd təsərrüfatı məhsullarının ilkin emalı, xüsusilə dəri məmulatları istehsalından ibarətdir. 1991-ci ildə hərbi diktatura rejimi devrilmişdir. Tayfalar arasında mübarizənin gərginləşməsi, Efiopiya ilə aparılan müharibə, şiddətli quraqlıq nəticəsində Somalidə çoxlu qaçqınlar əmələ gəlmişdir. Dünya ölkələri humanitar yardımlar göstərir. Ölkənin şimal hissəsi Somalilend Respublikası kimi müstəqillik elan etmişdir.