Keniya Respublikası
Sahəsi: 582 246 km2
Əhalisi: 40,0 mln. nəfər
Əhalinin sıxlığı: 68,7 nəfər/km2
Paytaxtı: Nayrobi (3,1 mln. nəfər)
Əsas dillər: suaxili, ingilis, luo, kikuyyu
Dini etiqad: protestantlıq (45%), katolisizm (35%), islam (10%), ənənəvi yerli dinlər (10%)
Pul vahidi: Keniya şillinqi
Dövlət quruluşu: respublika
Böyük Britaniya müstəmləkəçiliyi dövründə yaraddmış iqtisadi baza və siyasi sabitlik Keni yada təsərrüfatın davamlı olaraq inkişafetməsinə imkan verir. Subekvatorial qurşaqda yerləşən ölkədə yanvarın orta temperaturu 21°C, iyulda 18°C-dir. İl ərzində 250 mm-dən 2000 mm-ə qədər yağıntı düşür. Ölkənin şimalından cənubuna doğru keçən Şərqi Afrika sınma zonasında rift dərəsinin dərinliyi 600 m, eni 14-85 km-ə çatır. Rift vadisi boyu göl çökəklikləri yerləşir. Onlar arasında ölkənin ən böyük gölü olan Rudolf (Turkana) fərqlənir. Viktoriya gölünün sahilləri və Uganda ilə sərhəddə yüksəklik və yaylalar yerləşir. Şərqdə Afrikada hündürlüyünə görə ikinci zirvə olan sönmüş Keniya (5199 m) vulkanı yerləşir. Şərqə doğru dağlar hündür otlu savannalardan ibarət düzənliklərə keçir, onlar sahil boyu ovalıqlarla əvəz olunur. Burada ölkənin əsas limanı və ikin ci şəhəri olan Mombasa yerləşir. Ölkədə zəngin heyvanlar və bitki aləmini mühafizə etmək üçün çoxlu qoruqlar və milli parklar yaradılmışdır. Hər il ölkəyə gələn 1,7 mln. nəfər turist lisenziya lar alır və milli parklarda ov edir. Turizm ölkə büdcəsinin əsas gəlir mənbəyidir. Əhalinin əksəriyyəti sahilboyu ərazilərdə məskunlaşır. Onların 2/3 hissəsini bantu ailəsinə aid kikuyyu, luxya və kamba xalqları təşkil edir. Yerli əhali şimalda maldarlıq, cənubda əkinçiliklə məşğul olur, çay, qəhvə, tütün, sizal, meyvə, pambıq, çəltik, şəkər qamışı əkirlər. Sənayedə yeyinti, toxuculuq məhsulları, mebel, plastik kütlə, tikinti materialları istehsal olunur.
08.05.2022