YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Toqo Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 56 785 km2


Əhalisi: 6,8 mln. nəfər (2010)


Əhalinin sıxlığı: 119,8 nəfər/km2


Paytaxtı: Lome (1377 min nəfər)


Əsas dillər: fransız, eve, kabre, qurma


Dini etiqad: ənənəvi yerli dinlər (50%), katolisizm (35%), islam (15%)

 

Pul vahidi: Afrika frankı


Dövlət quruluşu: respublika

 

 

Toqo Qvineya körfəzindən materikin daxilinə doğru ensiz zolaq şəklində 540 km uzanır. Ölkədə Afrikanın təbiətinin bütün müxtəlifliyi özünü göstərir, paytaxtı Lome regional əhəmiyyətli limandır. Toqoda düzənliklərin əsas hissəsini seyrək baobab ağacları bitən, yüksək otlardan ibarət savannalar tutur. Çayların vadilərində həmişəyaşıl meşələr, daxili rayonlarda yağlı palma bitir. Cənubda ekvatorial iqlim şəraitində iki yağıntılı mövsüm, şimalda bir yağıntılı mövsüm olur, ildə 600-1700 mm yağıntı düşür. Əmək qabiliyyətli əhalinin 65%-nin məşğul olduğu kənd təsərrüfatında kiçik torpaq payları üstün lük təşkil edir. Kənd əhalisi yams, qarğıdalı, darı, kakao, qəhvə, manikok, kalış, meyvə tərəvəz becərir. Yams - əhalinin əsas ərzaq məhsullarından biridir. Bitkinin kökündən un alınır və ya qaynadıb yeyirlər. Ölkə əhalinin ərzaq tələbatını tam ödəyə bilir. Zəngin və yüksək keyfiyyətli fosforit yataqlarından hasil edilən xammal dövlət büdcəsinə xeyli vəsaitin gəlməsini təmin edir. Əhalinin etnik tərkibi müxtəlifdir. Kabre və eve xalqları arasında gərgin münasibətlər vardır.