YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Burkina-Faso Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 274 122 km2 


Əhalisi: 16,2 mln. nəfər (2010) 


Əhalinin sıxlığı: 59,1 nəfər/km2 


Paytaxtı: Uaqaduqu (1475 min nəfər)


Əsas dillər: fransız, mosi, fula (fulani), qurma


Dini etiqad: islam (50%), ənənəvi yerli dinlər (40%), katolisizm (10%)


Pul vahidi: Afrika frankı 


Dövlət quruluşu: respublika 


Böyük Səhradan cənubda yerləşən və okeana çıxışı olmayan Burkino-Faso 1895-1984-cü illərdə Yuxarı Volta adlanmışdır. 1895-ci ildən müstəqillik əldə etdiyi 1960-cı ilə qədər Fransanın müstəmləkəsi olmuşdur. Əvvəllər Daqomeya adlanan Benin Qərbi Afrikanin kiçik ölkələrindən biridir. Benin Qvineya körfəzindən Niger çayına qədər 670 km məsafədə uzanan ölkədir. Burkina-Faso Böyük Səhradan savannalara keçid zonası olan yarımsəhra Saheldə alçaq təpəlik platoda (yaylada) yerləşir. Siyasi cəhətdən qeyri-stabillik, tez-tez baş verən quraqlıq və Böyük Səhranın genişlənməsi nəticəsində geniş otlaq sahələrinin səhralaşması ölkənin iqtisadi inkişaf tempini ləngidir. Əhalinin çox hissəsi cənubda yaşayır, kənd təsərrüfatı ilə məşğul olur, kalış, qarğıdalı, darı, düyü, yams və s. bitkilər becərilir. Pambıq, şəkər qamışı, araxis də əkinçilikdə əsas əmtəə ixrac məhsullarıdır. Heyvandarlıq mühüm sahədir. İri buynuzlu malqara, qoyun və keçilərin sayı quraqlıqlara görə getdikcə azalır. Dağ-mədən sənayesi obyektləri fəaliyyət göstərir. Burkina-Faso əhalisinin əksər hissəsini mosi xalqı təşkil edir. Orta əsrlərdə mosilər əzəmətli Yatenqa, Uaqaduqu və başqa dövlətlərini yaratmışlar.